fatimiyyeheyati2 | Другое

Telegram-канал fatimiyyeheyati2 - Fatimiyyə heyəti 2

111

Qum hövzəsi, Azərbaycanlı tələbələrin "Fatimiyyə heyəti". Dini suallarınızı ünvanlayın: fatimiyyeheyati@mail.ru Birbaşa əlaqə: @Fatimiyye

Подписаться на канал

Fatimiyyə heyəti 2

/channel/fatimiyyeheyati2
#20_Şəkillər 041

Читать полностью…

Fatimiyyə heyəti 2

Mübarək Ramazan ayının Qədr gecələri
21-ci gecəyə məxsus olan əməllər (Ramazan ayının 20-ci günü məğrib azanından sonra 21-ci gecə başlayır)
🔸İyirmi birinci gecənin Fəziləti on doqquzuncu gecədən üstündür. Gərək bu gecənin əməllərini; ● qüsül etmək, ● əhya saxlamaq, ● “Yeddi qul huvəllah namazı”nı qılmaq, ● Quran başa qoymaq, ● yüz rükət namaz qılmaq, ● Cövşan Kəbir və sair duaları oxumaq kimi, əməllər yerinə yetirilsin.
Rəvayətlərdə bu iki gecədə iyirmi birinci və iyirmi üçüncü gecədə qüsül almaq, əhya saxlamaq, çoxlu ibadət etməyə daha çox təkid olunmuşdur. Qədr gecəsi bu iki gecədən ibarətdir.
🔹Bir neçə hədisdə məsumlardan sual olunur ki, Qədr gecəsi bu iki gecənin hansı biridir. Onlar müəyyən etmədən buyurublar: –”Hər iki gecədə mümkündür. Hər ikisində xeyir işlər görün!” və bu kimi buyruqlar. Şeyx Səduq isə öz “Əmali” kitabında yazır: “Hər kəs bu iki gecəni elmi məsələləri müzakirə etməklə əhya saxlasa, daha üstün və fəzilətlidir.”
🔸Nəhayət, bu gecədən etibarən ayın axırıncı onluğunun dualarını oxumağa başlasın. Bu dualardan birini də Kuleyni İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir:
▫️“Ramazan ayının axırıncı onluğunda hər gecə bu belə deyin:
Əuzu bicəlali vəchikəl kərimi ən yənqəziyə ənni şəhru rəməzan, əv yətluəl fəcru min ləyləti hazih, və ləkə qibəli zənbun əv təbiətun tuəzzibuni ələyh.
🔸Kəfəmi “Bələdul-əmin” kitabının haşiyəsində İmam Sadiqdən (ə) ramazan ayının axırıncı onluğunun hər gecəsində vacib namazlardan və nafilələrdən sonra bu duanı oxumabğı nəql etmişdir:
▫️“Əllahummə əddi ənna həqqə ma məza min şəhri rəməzan, vəğfir ləna təqsirəna fih, və təsəlləmhu minna məqbula, və la tuaxizna biisrafina əla ənfusina, vəc`əlna minəl mərhumin, və la təc`əlna minəl məhrumin.
🔹 Buyurur:- “Hər kəs bunu oxusa, Allah taala onun ramazan ayının keçən günlərində etdiyi günahları bağışlayar və gələcək günlərindəki günahlardan saxlayar.
🔸Seyid ibn Tavus “İqbal”da İbni Əbi Əmirdən, o, da Mürazimdən nəql edir ki, İmam Sadiq(ə) axırıncı onluqda oxuyardı:
▫️“Əllahummə innəkə qultə fi kitabikəl munzəli şəhru rəməzanəlləzi unzilə fihil Qur`an, hudən lin nasi və bəyyinatin minəh huda vəl furqan, fəəzzəmtə hurmətə şəhri rəməzan, bima ənzəltə fihi minəl Qur`an, və xəsəstəhu biləylətil qədr, və cəəltəha xəyrən min əlfi şəhr, Əllahummə və hazihi əyyamu şəhri rəməzanə qədinqəzət, və ləyalihi qəd təsərrəmət, və qəd sirtu ya ilahi minhu ila ma əntə ə`ləmu bihi minni, və əhsa liədədihi minəl xəlqi əcməin, fəəs`əlukə bima səələkə bihi məlaikətukəl muqər-rəbun, və ənbiyaukəl mursəlun, və ibadukəs salihun, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təfukkə rəqəbəti minən nar, və tudxilənil cənnətə birəhmətik, və ən tətəfəzzələ ələyyə biəfvikə və kərəmik, və tətəqəbbələ təqərrubi və təstəcibə duai və təmunnə ələyyə (ila) bil əmni yəvməl xəvfi min kulli həvl, ə`dədtəhu liyəvmil qiyaməh, İlahi və əuzu bivəchikəl kərim, və bicəlalikəl əzim, ən yənqəziyə əyyamu şəhri rəməzanə və ləyalih, və ləkə qibəli təbiətun əv zənbun tuvaxizuni bih, əv xətiətun turidu ən təqtəssəha minni, ləm təğfirha li səyyidi səyyidi səyyidi, əs`əlukə ya la ilahə illa ənt, iz la ilahə illa əntə in kuntə rəzitə ənni fi hazəş şəhr, fəzdəd ənni riza, və in ləm təkun rəzitə ənni fəminəl anə fərzə ənni ya ərhəmər rahimin, ya Əllahu ya əhədu ya səmədu ya mən ləm yəlid və ləm yuləd, və ləm yəkun ləhu kufuvən əhəd”.
🔹Olduqca çox de:
▫️“Ya muləyyinəl hədidi liDavudə ələyhis səlam, ya kaşifəz zurri vəl kərbil izami ən Əyyubə ələyhis səlam, əy mufərricə həmmi Yə`qubə ələyhis səlam, əy munəffisə ğəmmi Yusufə ələyhis səlam, səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma əntə əhluhu ən tusəlliyə ələyhim əcməin, vəf`əl bi ma əntə əhluh, və la təf`əl bi ma ənə əhluh”.
🔸Bu dualardan biri də müsnəd hədislə “Kafi”də, “Muqnəə”də və mürsəl hədislə “Misbah”da nəql olunmuşdur ki, birinci gecədə (yəni axırıncı onluğun ilk gecəsində, 21-ci gecədə) deyirsən:

Читать полностью…

Fatimiyyə heyəti 2

🔸6. Bu gecələri ehya saxlamaq (oyaq qalmaq). Nəql olunur ki, hər kim Qədr gecələrini ehya saxlasa, günahları göydəki ulduzların, dağların ağırlığı və dənizlərin tutumu qədər olsa belə bağışlanar.
🔸7. Yüz rükət namaz qılmağın böyük savabı vardır (sübh namazı kimi iki rükət iki rükət qılını). Daha fəzilətlisi isə hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsini oxumaqdır.
🔸8. Sonra Oxusun:
🔅 اللَّهُمَّ إِنِّي أَمْسَيْتُ لَكَ عَبْدا دَاخِرا لا أَمْلِكُ لِنَفْسِي نَفْعا وَ لا ضَرّا وَ لا أَصْرِفُ عَنْهَا سُوءا أَشْهَدُ بِذَلِكَ عَلَى نَفْسِي وَ أَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتِي وَ قِلَّةِ حِيلَتِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْجِزْ لِي مَا وَعَدْتَنِي وَ جَمِيعَ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ مِنَ الْمَغْفِرَةِ فِي هَذِهِ اللَّيْلَةِ وَ أَتْمِمْ عَلَيَّ مَا آتَيْتَنِي فَإِنِّي عَبْدُكَ الْمِسْكِينُ الْمُسْتَكِينُ الضَّعِيفُ الْفَقِيرُ الْمَهِينُ اللَّهُمَّ لا تَجْعَلْنِي نَاسِيا لِذِكْرِكَ فِيمَا أَوْلَيْتَنِي وَ لا [غَافِلا] لِإِحْسَانِكَ فِيمَا أَعْطَيْتَنِي وَ لا آيِسا مِنْ إِجَابَتِكَ وَ إِنْ أَبْطَأَتْ عَنِّي فِي سَرَّاءَ [كُنْتُ‏] أَوْ ضَرَّاءَ أَوْ شِدَّةٍ أَوْ رَخَاءٍ أَوْ عَافِيَةٍ أَوْ بَلاءٍ أَوْ بُؤْسٍ أَوْ نَعْمَاءَ اِنَّكَ سَمِيعُ الدُّعَاءِ
🔅Əllahummə inni əmsəytu ləkə əbdən daxirən la əmliku linəfsi nəfən və la zərra, və la əsrifu ənha sua, əşhədu bizalikə əla nəfsi və ətərifu ləkə bizəfi quvvəti və qilləti hiləti, fəsəlli əla Muhəmmədin və ali Muhəmməd, və ənciz li ma vəədtəni, və cəmiəl mumininə vəl muminat, minəl məğfirəti fi hazihil ləyləh, və ətmim ələyyə ma atəytəni, fəinni əb-dukəl miskinul mustəkinuz zəiful fəqirul məhin, Əllahum-mə la təcəlni nasiyən lizikrikə fima əvləytəni, və la (ğafilən) liihsanikə fima ətəytəni, və la ayisən min icabətik, və in əbtəət ənni fi sərraə (kuntu) əv zərraə əv şiddətin əv rəxa, əv afiyətin əv bəlain əv busin əv nəma, innəkə səmiud dua.
▫️İlahi, özünə heç bir xeyir və zərər verə bilməyən və özündən heç bir acı hadisəni uzaqlaşdıra bilməyən xar və zəlil bir bəndə olaraq bu gecəyə daxil oldum. Bunların özümə qarşı olduğuna şəhadət verirəm. Sənin dərgahında gücümün zəifliyi və çarəmin azlığını etiraf edirəm! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vəd etdiyin məğfirətə əməl et və mənə verdiklərini (nemətlərini) tamamla! Həqiqətən, mən Sənin miskin, əlacsız, zəif, yoxsul və xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında zikrini və mənə əta etdiyin ehsanı unudanlardan, dərgahında qəbul etməyindən naümid olanlardan təyin etmə, istər uzun vaxt keçsin, istər xoş olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə bəlada, istər möhtac olum, istərsə də nemət içində! Həqiqətən, Sən dualarım eşidənsən!
✅Bu duanı Kəfəmi İmam Zeynulabidin (ə)-dan rəvayət etmişdir ki, (o həzrət bu duanı) gecələr ayaq üstə və oturan halda, habelə ruku və səcdə vaxtı oxuyurmuş.
☀️Əllamə Məclisi buyurmuşdur: “Bu gecələrdə ən yaxşı əməl, özünün, ata-ananın, sağ və ya dünyasını dəyişmiş mömin qardaşlarının, dünya və axirət istəklərini istəməklə yanaşı bağışlanmaq diləməkdir.” Habelə mümkün qədər Məhəmməd və onun Əhli-beytinə salavat göndərməkdir. ☀️Bəzi hədislərdə oxuyuruq ki, bu üç gecədə Cövşən Kəbir duasını oxusunlar. Fəqir (müəllif) deyir: “Cövşən Kəbir duası öncə qeyd olundu. Rəvayət olunmuşdur ki, İslam peyğəmbərinə deyildi: “Əgər mən Qədr gecəsini dərk edərəmsə, Allahdan nə istəyim?” O həzrət buyurdu: “Sağlamlıq istə.”
#Dualar_18_Qədr gecələri 1
/channel/fatimiyyeheyati2
•┈┈••••✾•🌿🌺🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

🌙 Mübarək Ramazan ayının 18-ci gününün duası
🔅اللَّهُمَّ نَبِّهْنِي فِيهِ لِبَرَكَاتِ أَسْحَارِهِ وَ نَوِّرْ فِيهِ قَلْبِي بِضِيَاءِ أَنْوَارِهِ وَ خُذْ بِكُلِّ أَعْضَائِي إِلَى اتِّبَاعِ آثَارِهِ بِنُورِكَ يَا مُنَوِّرَ قُلُوبِ الْعَارِفِينَ
🔅Əllahummə nəbbihni fihi libərəkati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih, və xuz bikulli ə`zai iləttibai asarih, binurikə ya munəvvirə qulubil arifin.
🔸İlahi, bu orucluq ayının səhərlərinin bərəkəti üçün məni oyat. Bu gün Ramazan ayının nuru ilə qəlbimi işıqlandır. Mənim bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə müvəffəq et. Öz nurunla, ey ariflərin qəlblərini nurlandıran Allah!
#Dualar_18 19
@Fatimiyyeheyati2
•┈┈••••✾•🌿🌺🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

🌙 Mübarək Ramazan ayının 17-ci gününün duası
🔅اللَّهُمَّ اهْدِنِي فِيهِ لِصَالِحِ الْأَعْمَالِ وَ اقْضِ لِي فِيهِ الْحَوَائِجَ وَ الْآمَالَ يَا مَنْ لا يَحْتَاجُ إِلَى التَّفْسِيرِ وَ السُّؤَالِ يَا عَالِما بِمَا فِي صُدُورِ الْعَالَمِينَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ
🔅Əllahum-məhdini fihi lisalihil-ə`mal, vəqzi li fihil-həvaicə vəl amal, ya mən la yəhtacu ilət-təfsiri vəs-sual, ya alimən bima fi suduril-aləmin, səlli əla Muhəmmədin və alihit tahirin.
🔸İlahi, bu gün məni saleh əməllərə yönəlt. Bu gün mənim bütün arzu və ehtiyaclarımı ödə. Ey sual və izaha ehtiyacı olmayan Allah, ey aləmlərin qəlbində olanları bilən, Məhəmməd və onun pak Əhli-beytinə salam-salavat göndər!
#09_Dua_və_zikrlər 18
@Fatimiyyeheyati2
•┈┈••••✾•🌿🌺🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

/channel/fatimiyyeheyati2
#20_Şəkillər 040

Читать полностью…

Fatimiyyə heyəti 2

/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

Əlamətdar və tarixi günlər
12
Həzrət Əbul-Fəzlil-Əbbasın (ə) anası Xanım Ümmül-bəninin (s) vafatının il dönümü ilə əlaqədar başsağlığı veririk.
Ey Allahın vəlisinin xanımı, sənə salam olsun
السّلام علیکِ یا زوجة ولی الله
Əmirəl-möminin Həzrət Əli (ə) qardaşı Əqilə buyurdu:
انظُر إلی إمرأة قَدْ وَلَدَتْها الْفُحُولَةُ مِنَ الْعَرَبِ لَاَتَزَوَّجَها فَتَلِدَ لِی غُلاما فارِسا
"Mənim üçün şücaətli ərəb nəslindən olan bir həyat yoldaşı seç ki, şücaətli oğul dünyaya gətirsin”.
“Ümdətut-talib”, səh. 357.

İnsanın şəxsiyyətinin formalaşmasına səbəb olan amillərdən biri irsiyyət və genetikadır. Buna görə də İslam dini həyat yoldaşının nəcabət və layiqli olmasına dair xüsusi diqqət yetirərək gələcək övladlar üçün münasib həyat yoldaşı seçilməsi barədə təlimat vermişdir. Çünki uşaqlara əxlaqi-psixoloji xüsusiyyətlər hətta nənə və babalarının təsirini qeyd etməklə ata və analarının nütfə (sperma) və genləri (irsi informasiya daşıyıcıları) vasitəsi ilə ötürülür. Bu əsasə görə inanırıq ki, məsum peyğəmbərlər və imamların ata-anaları təmiz və pak olmalıdırlar. “Varis” ziyarətində deyilir: “Şəhadət verirəm ki, Sən əzəmətli sülb və pak bətnlərdə nur olmusan”.
Həzrət Peyğəmbər (s.ə.a.):
تزوّجوا فی الحجر الصالح فانّ العِرْقَ دسّاس

“Saleh (layiqli) ailədən olanlarla evlənin. Çünki irq (gen) təsiredicidir”.
“Məkarimul-əxlaq”, səh. 196.
Həzrət Əli (ə) oğlu İmam Hüseynin (ə) aşura gününü fikirləşirdi. Kərbəla ələmdarı Yezidin (lən.) otuz min qoşun qarşısında genində bir zərrə belə qorxu olmayan və ondan ehtiyat ediləcək bir şəxs olmalıdır. Bu səbəbə görə Həzrət Zəhranın (s) ürək dağlayan şəhadətindən sonra evlənmək barədə qəti qərar verərək nəsil-nəsəb tanımaqda mütəxəssis olan qardaşı Əqilə buyurdu: “Mənim üçün şücaətli ərəb nəslindən olan bir həyat yoldaşı seç ki, cəsur və mərd övlad dünyaya gətirsin”. Əqil götür-qoy edərək Xanım Fatimə Kəlabə (s) (Ummul-bənin) ilə evlənməyi təklif etdi. Ərəb tayfaları arasında onun nəsil-nəsəbindən daha şücaətli bir tayfa tanınmırdı. Həzrət Əli (ə) onunla evləndi. Əbədi cənnətdə əvvəl və sonda olan bütün şəhidlərin məqamına qibtə ediləcəkləri mərdlik, şücaət, igidlik, candan keçmək, ədəb, bəsirət və mərifətdə ağılları heyran edən qeyri-adi oğlan övladı dünyaya gəldi.
Ustad Əli Mömini
#15_Tarix
#15_Əlamətdar_və_tarixi_günlər 12
@Fatimiyyeheyati2
•┈••••✾•🌿🏴🌿•✾•••┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

"Həzrət Fatimeyi-Zəhranın (s) qısa tərcümeyi-halı"
/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

#20_Şəkillər 039
/channel/fatimiyyeheyati2
•┈┈••••✾•🌿🏴🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

🌙 Mübarək Ramazan ayının 1-ci gününün duası
🔅اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِي فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِي فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِي جُرْمِي فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّي يَا عَافِيا عَنِ الْمُجْرِمِينَ
🔅Əllahumməcəl siyami fihi siyaməs saimin, və qiyami fihi qiyaməl-qaimin, və nəbbihni fihi ən nəvmətil ğafilin, və həb li curmi fihi ya ilahəl aləmin, vəfu ənni ya afiyən ənil muc-rimin.
🔸İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən hesab et. Bu gündə məni qəflətdə yatanların yuxusundan oyat və günahlarımı bağışla, ey aləmlərin Allahı və ey günahkarları əfv edən!
•┈┈••••✾•••┈┈•
#09_Dua_və_zikrlər 1
@Fatimiyyeheyati2
•┈┈••••✾•🌿🌺🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

26 fevral 2019 (20 cumadəs-saniyə hicrətdən 8 il öncə) Həzrət Fatimeyi-Zəhranın (s) mövlud günü - analar günü sizə mübarək olsun.
Günün hədisi
🔆Əgər deyiləcək söz azca uzanarsa bizi bağışlayın, amma Həzrət Zəhranın (s) şad olmasına görə axıradək oxuyub başqalarına da paylaşın.
✨Bərəkətli mövludu - Rəhmanı lütf, Quran kövsəri, Rəbbani alma, hurai insiyyə, nurani cilvə, Nübuvvətə aid bir para, Vilayət günəşinin xanımı, Məsum imamların (ə) anası və bütün aləmlərin xanımlarının seyyidəsi Həzrət Fatimeyi-Zəhranın (Allahın salamı olsun ona, atasına, ərinə və övladlarına) ad gününü təbrik edərək deyirik:
👉🏻 “Baxmayaraq ki, Həzrət Fatimeyi-Zəhranın (s) şəxsiyyətini tanımaq ümum bəşəriyyət üçün qeyri mümkündür, amma Məsumlarımızdan (ə) gəlib çatmış hədislərin bəzilərinin məzmununa işarə etmək olar.
🔆Vucud aləminin xülasəsi İlahi behiştdir. Onun da xülasəsi Tuba ağacıdır ki, Allah mütəal onu öz “qüdrət əlləri” ilə əkmiş, behiştin ən şərafətli suyu olan “Təsnim” bulağının suyu ilə suvarmışdır. Tuba ağacının meyvəsi alma oldu. Həzrət Peyğəmbər (s) meraca gedərək behiştə daxil olmuş və o almanı meyl etmişdir. Yerdə isə evlənməmiş, pak və pakizə olan 28 yaşlı Həzrət Xədiceyi-Kübra (s) [40 yaş da deyiblər, düzgün olaraq 28 yaşdır] ilə ailə həyatı qurmuşdur. Hər ikisi 40 gün İlahi yolda çalışmış, oruc tutub ibadətlə məşğul olmuş, iftar vaxtı isə behişt yemək və içməyi ilə iftar edirmişlər ki, Həzrət Zəhranın (s) mübarək nütfəsi bağlansın.
🔸O “ummu əbiha” (Peyğəmbərin (s) kəlamına işarədir, mənası - atasının anası) olmamışdan öncə “ummu ummiha” (anasının anası) olur. Yəni anasının bətnində olarkən onunla danışmış, səbirli, dözümlü olmasına dəvət və ürək dirək, təsəlli vermişdir.
🔸Dünyaya gəlişi vaxtı Həzrət Xədicəyə (s) kömək etmək üçün Həzrət Həvva, Sara, Məryəm, Kulsum (Həzrət Musanın (ə) bacısı, bəzi rəvayətlərdə Həzrət İbrahimin (ə) yoldaşı Asiyə) bir dəstə “huril-eyn” (behişt huriləri) və “Kövsər suyu” ilə gəlmişlər.
✨Həzrət Zəhra (s) dünyaya gəldiyi vaxt bütün aləmləri nur yağışı bürüdü və o bu cümlələri deməyə başladı:
📜 أشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَ أَنَّ أَبِی مُحَمِّداً رَسُولُ اللَّهِ وَ أَنَّ عَلیّاً سَیِّدُ الْأَوْصِیَاءِ وَ وُلْدِی سَادَةُ الْأَسْبَاطِ 📜
🔆“Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, həqiqətən atam Muhəmməd (s) Allahın elçisi, Əli (ə) peyğəmbərlərin vəsiyyət etdiyi kəslərin seyidi və dünyaya gələcək övladlarım ümmətlərin ən yaxşılarının ağası olacaqdır”.
📚“Məvsuətul-Kubra ən Fatimətiz-Zəhra”, cild 2, səhifə 169-dan 193-ə kimi.
🔸Əziz izləyicilər əgər bu məzmunların hər birini həqiqi düşünən şəxs izah verərsə yüz cildlərlə kitab olardı. İndi azca da olsa başa düşmək olur ki, nəyə görə Allah mütəal mehvər olmağı “iki aləmin Xanımı”na əta etmiş və nəyə görə Peyğəmbər (s) buyurmuşdur: “Fatimə mənim qəlbim və ruhumdur!”
🔍Nəyə görə İslamın həqiqəti şiəlikdə, şiəlik isə Həzrət Fatimeyi-Zəhranın (s) mərifətində cilvələnmiş?! Nəyə görə Xanımın (s) qədir və əzəməti Qədr gecəsi kimi məchul, qəbiri gizli, qapısı yandırılmış, qabırğası sındırılmış, uşağı saldırılmış... və onlarla bu kimi niyələr?!
Əziz balası Həzrət Məhdinin (ə.f) zühurunun ümidi ilə...
Dualarınızda bizi də yad edin.
Ustad Əli Mömini Urməvi
📚 @Fatemiyeh_aleyasin
#06_Günün_hədisi 007
✳️Tərcümə:
@fatimiyyeheyati2
•┈┈••••✾•🌿🌺🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

#20_Şəkillər 037
/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

#20_Şəkillər 036
/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

▫️“Ya mulicəl ləyli fin nəhar, və mulicən nəhari fil ləyl, və muxricəl həyyi minəl məyyit, və muxricəl məyyiti minəl həyy, ya raziqə mən yəşau biğəyri hisab, ya Əllahu ya rəhman, ya Əllahu ya rəhim, ya Əllahu ya Əllahu ya Əllah, ləkəl əsmaul husna vəl əmsalul ulya, vəl kibriyau vəl ula, əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələsmi fi hazihil ləyləti fis suəda, və ruhi məəş şuhəda, və ihsani fi illiyyinə və isaəti məğfurəh, və ən təhəbə li yəqinən tubaşiru bihi qəlbi, və imanən yuzhibuş şəkkə ənni, və turziyəni bima qəsəmtə li, və atina fid dunya həsənətən və fil axirəti həsənəh, və qina əzabən naril həriq, vərzuqni fiha zikrəkə və şukrək, vər rəğbətə iləykə vəl inabətə vət təvfiq, lima vəffəqtə ləhu Muhəmmədən və alə Muhəmməd, ələyhi və ələyhimus səlam.
📚“Məfətihul-Cinan”, Qədr gecələrinin əməlləri.
#Dualar_18_Qədr gecələri 2
/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

🌙19-cu gecəyə məxsus olan əməllər:
🔹1. Yüz dəfə «Əstəğfirullahə rəbbi və ətubi iləyh» demək.
🔹2. Yüz dəfə «Əllahummələn qətələtə Əmirəlmöminin” demək.
🔹3. Dördüncü hissədə deyilən “Ya zəlləzi kanə...” duasını oxumaq.
🔹4. Aşağıdakı duanı oxumaq:
🔅 اللَّهُمَّ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ وَ فِيمَا تَفْرُقُ مِنَ الْأَمْرِ الْحَكِيمِ فِي لَيْلَةِ الْقَدْرِ وَ فِي الْقَضَاءِ الَّذِي لا يُرَدُّ وَ لا يُبَدَّلُ أَنْ تَكْتُبَنِي مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْ
مُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمْرِي وَ تُوَسِّعَ عَلَيَّ فِي رِزْقِي وَ تَفْعَلَ بِي كَذَا وَ كَذَا
🔅Əllahumməcəl fima təqzi və tuqəddiru minəl əmril məhtum, və fima təfruqu minəl əmril həkim, fi ləylətil qədr, və fil qəzailləzi la yurəddu və la yubəddəl, ən təktubəni min huccaci bəytikəl həramil, əl məbruri həccuhum, əl məşkuri səyuhum, əl məğfuri zunubu-humul mukəffəri ənhum səy-yiatuhum, vəcəl fima təqzi və tuqəddiru ən tutilə umri, və tuvəssiə ələyyə fi rizqi, və təfələ bi kəza və kəza.
▫️İlahi, hökm və müqəddər etdiyin qaçılmaz əmrində, ayırdığın hikmətli əmrində, dəyişilməyən və geri qaytarılmayan hökmündə məni Öz evinin – “Beytül-Haram”ın həcləri gözəl, səylərinin əvəzi verilmiş, günahları bağışlanmış və pis əməlləri pərdələnmiş hacılarından hesab edəsən. Həmçinin hökm və müqəddər etdiyin işlərdə ömrümü uzun edib ruzimi bol edəsən və mənim üçün bu işləri yerinə yetirəsən...
🙏🏻Kəza və kəza sözlərinin yerinə öz hacətlərinizi istəyin.
👉🏻Nəzərinizə çatdırım ki, 21 və 23-cü gecələrə aid məxsus əməllər sonradan bu məqaləyə əlavə ediləcəkdir. İltimasi dua.
#Dualar_18_Qədr gecələri 1
/channel/fatimiyyeheyati2
•┈┈••••✾•🌿🌺🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

Mübarək Ramazan ayının Qədr gecələri barədə
🌙Qədr gecəsi elə bir gecədir ki, bütün il boyu heç bir gecə onun fəziləti və yaxşılığına çata bilməz. O gecədə (yaxşı) əməl yerinə yetirmək min ayın yaxşı əməlindən üstündür.
✅O gecədə bir ilin işləri müəyyənləşir. Mələklər ən böyük mələk Ruhla birlikdə Allahın izni ilə yerə enir və İmam Zaman (ə)-ın xidmətinə gəlirlər. Hər bir şəxs müəyyən və təyin edilmiş işləri imama həvalə edirlər.
🌙 Qədr gecələrinin əməlləri iki hissəyə bölünmüşdür:
1- Hər üç gecədə yerinə yetirilən müştərək əməllər;
2- Hər gecəyə (Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələri) məxsus olan əməllər.
🔶Birinci: Hər üç gecədə yerinə yetirilən müştərək əməllər
Bu əməllər bir necə hissədən ibarətdir:
🔸1. Qüsül almaq. Əllamə Məclisi buyurmuşdur: “Bu gecənin qüsüllərini günbatan vaxtı almaq daha yaxşıdır ki, şam namazını qüsüllə yerinə yetirsin.
🔸2. İki rükət namazdır. Hər rükətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsini oxusun və qurtardıqdan sonra 70 dəfə “Əstəğfirullahə və ətubu iləyh” -desin.
☀️Peyğəmbərdən (s) olan hədisidə deyilir ki, yerindən ayağa qalxmamış (bu insanın) özü və ata-anası Allah taala tərəfindən bağışlanar...
🔸3. Quranı açıb qarşınızda tutub deyin:
🔅 اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ
🔅Əllahummə inni əsəlukə bi-kitabikəl munzəli və ma fih, və fihismukəl-əkbəru və əsmaukəl husna, və ma yuxafu və yurca ən təcələni min utəqaikə mi-nən nar.
▫️İlahi, nazil etdiyin kitaba (Qurana), onun içindəkilərə, içindəki ən böyük adına, ən gözəl adlarına, qorxulu və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından xilas etdiyin kəslərdən edəsən.
🙏🏻Sonra öz hacətlərini istə.
🔸4. Quranı götürüb başınıza qoyub deyin:
🔅 اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ
🔅Əllahummə bihəqqi hazəl Quran, və bihəqqi mən ərsəl-təhu bih, və bihəqqi kulli muminin mədəhtəhu fih, və bihəq-qikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink.
▫️İlahi, Sənə and verirəm bu Quranın haqqına, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqına, Quranda təriflədiyin bütün möminlərin haqqına və Sənin onların üzərindəki olan haqqına ki, Səndən başqa heç kim bu haqqı tanıya bilməz!
Sonra on dəfə de:
✨بكَ يَا اللَّهُ
Bikə ya Əllahu
▫️Ey Allah, Öz zatına xatir;
On dəfə de:
✨ بمُحَمَّدٍ
Bi Muhəmmədin
▫️Həzrət Məhəmmədə (s) xatir;
On dəfə de:
✨ بعَلِيٍّ
Bi Əliyyin
▫️Həzrət Əliyə (ə) xatir (1-ci İmam);
On dəfə de:
✨ بفَاطِمَةَ
Bi Fatimətə
▫️Həzrət Fatiməyə (ə.s.) xatir;
On dəfə de:
✨بالْحَسَنِ
Bil Həsəni
▫️Həzrət Həsənə (ə) xatir (2-ci İmam);
On dəfə de:
✨بالْحُسَيْنِ
Bil Husəyni
▫️Həzrət Hüseynə (ə) xatir (3-cü İmam);
On dəfə de:
✨ بعَلِيِّ بْنِ الْحُسَيْنِ
Bi Əliyyibnil Husəyni
▫️Həzrət Əli ibn Hüseynə (ə) xatir (4-cü İmam);
On dəfə de:
✨ بمُحَمَّدِ بْنِ عَلِيٍّ
Bi Muhəmmədibni Əliyyin
▫️Həzrət Məhəmməd ibn Əliyə (ə) xatir (5-ci İmam);
On dəfə de:
✨ بجَعْفَرِ بْنِ مُحَمَّدٍ
Bi Cəfəribni Muhəmmədin
▫️Həzrət Cəfər ibn Məhəmmədə (ə) xatir (6-cı İmam);
On dəfə de:
✨بمُوسَى بْنِ جَعْفَرٍ
Bi Musəbni Cə`fərin
▫️Həzrət Musa ibn Cəfərə (ə) xatir (7-ci İmam);
On dəfə de:
✨ بعَلِيِّ بْنِ مُوسَى
Bi Əliyyibni Musa
▫️Həzrət Əli ibn Musaya (ə) xatir (8-ci İmam);
On dəfə de:
✨ بمُحَمَّدِ بْنِ عَلِيٍّ
Bi Muhəmmədibni Əliyyin
▫️Həzrət Məhəmməd ibn Əliyə (ə) xatir (9-cu İmam);
On dəfə de:
✨ بعَلِيِّ بْنِ مُحَمَّدٍ
Bi Əliyyibni Muhəmmədin
▫️Həzrət Əli ibn Məhəmmədə (ə) xatir (10-cu İmam);
On dəfə de:
✨ بالْحَسَنِ بْنِ عَلِيٍّ
Bil Həsənibni Əliyyin
▫️Həzrət Həsən ibn Əliyə (ə) xatir (11-ci İmam);
On dəfə de:
✨ بالْحُجَّةِ
Bil Huccəti
Həzrət Höccətə (ə) xatir (12-ci İmam);
🙏🏻Sonra öz hacətlərini istəyirsən
🔸5. İmam Hüseyni (ə) ziyarət etmək. Hədisdə belə deyilir; Qədr gecəsi yetişdikdə yeddinci səmadan carçı qışqırır ki, Allah taala hər kim İmam Hüseyni (ə) ziyarətinə gəlib onların günahlarını bağışlayar.

Читать полностью…

Fatimiyyə heyəti 2

Mübarək Ramazan ayının gecələrinin namazı
🔸Əllamə Məclisi “Zadul-məad”da “Ramazan ayının əməlləri” bölməsinin axırıncı fəslində Ramazan ayının gecələrinin namazını belə bəyan edir:
▫️ “Mübarək Ramazan ayında ən yaxşı əməlin namaz qılınması, Quran oxunması və bu namazların bir çox Quran surələrinə şamil olmasını nəzərə almaqla hər kəs hər nə qədər (bacardığı qədər) bu gecələrin namazlarından qılarsa onun üçün qənimətdir”.
🔹Mübarək Ramazan ayının gecələrinin xüsusi namazları Həzrət Əlidən (ə) nəql edilmiş hər gecə üçün çoxlu savablar zikr edilmişdir.
▫️Bu müstəhəb namazların hamısı iki rükətlidir, təşəhhüddən sonra salamları deyib namazı bitirirlər (sübh namazı kimi).
▫️Bu namazı oturmuş halda da qılmaq olar lakin ayaq üstə qılınması daha fəzilətlidir (savabı çoxdur).
▫️İmam Kazim (ə): “Müstəhəb namazı qılmaq hər bir mömini Allaha yaxınlaşdırır”.
🔸 Ramazan ayının 18-ci gecəsinin namazı (17-ci günün məğrib azanından sonra 18-ci gecə başlayır). Dörd rükət. Hər rükətdə “Həmd”dən sonra iyirmi beş dəfə “Kövsər” surəsi.
▫️ Savabı:
Həzrət Əli (ə): Hər kəs bu namazı qılarsa ölüm mələki ona bəşarət verər ki, Allah ondan razıdır.
#Ramazan_ayının_gecələrinin_namazı 18
@Fatimiyyeheyati2
•┈┈••••✾•🌿🌺🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

🌙Mübarək Ramazan ayının hülulu sizə mübarək olsun!
🔸Bakı üfüqü ilə Ramazan ayınin 1-i üçün şəri vaxtlar,: Sübh azanı 03:32; günəş çıxır 05:23; günorta azanı 12:37; axşam azanı 20:13; gecəyarı 23:42.
🌙 Mübarək Ramazan ayının 1-ci gününün duası
🔅اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِي فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِي فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِي جُرْمِي فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّي يَا عَافِيا عَنِ الْمُجْرِمِينَ
🔅Əllahumməcəl siyami fihi siyaməs saimin, və qiyami fihi qiyaməl-qaimin, və nəbbihni fihi ən nəvmətil ğafilin, və həb li curmi fihi ya ilahəl aləmin, vəfu ənni ya afiyən ənil muc-rimin.
🔸İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən hesab et. Bu gündə məni qəflətdə yatanların yuxusundan oyat və günahlarımı bağışla, ey aləmlərin Allahı və ey günahkarları əfv edən!
•┈┈••••✾•••┈┈•
#09_Dua_və_zikrlər 2
@Fatimiyyeheyati2
•┈┈••••✾•🌿🌺🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

15 fevral 2020 (20 cumadəs-saniyə hicrətdən 8 il öncə) Həzrət Fatimeyi-Zəhranın (s) mövlud günü - analar günü sizə mübarək olsun.
👉🏻 “Baxmayaraq ki, Həzrət Fatimeyi-Zəhranın (s) şəxsiyyətini tanımaq ümum bəşəriyyət üçün qeyri mümkündür, amma Məsumlarımızdan (ə) gəlib çatmış hədislərin bəzilərinin məzmununa işarə etmək olar.
🔆Vucud aləminin xülasəsi İlahi behiştdir. Onun da xülasəsi Tuba ağacıdır ki, Allah mütəal onu öz “qüdrət əlləri” ilə əkmiş, behiştin ən şərafətli suyu olan “Təsnim” ("و مِزاجُه مِن تَسنیم") bulağının suyu ilə suvarmışdır. Tuba ağacının meyvəsi alma oldu. Həzrət Peyğəmbər (s) meraca gedərək behiştə daxil olmuş və o almanı meyl etmişdir. Yerdə isə evlənməmiş, pak və pakizə olan 28 yaşlı Həzrət Xədiceyi-Kübra (s) [40 yaş da deyiblər, düzgün olaraq 28 yaşdır] ilə ailə həyatı qurmuşdur. Hər ikisi 40 gün İlahi yolda çalışmış, oruc tutub ibadətlə məşğul olmuş, iftar vaxtı isə behişt yemək və içməyi ilə iftar edirmişlər ki, Həzrət Zəhranın (s) mübarək nütfəsi bağlansın.
🔸O “ummu əbiha” (Peyğəmbərin (s) kəlamına işarədir, mənası - atasının anası) olmamışdan öncə “ummu ummiha” (anasının anası) olur. Yəni anasının bətnində olarkən onunla danışmış, səbirli, dözümlü olmasına dəvət və ürək dirək, təsəlli vermişdir.
🔸Dünyaya gəlişi vaxtı Həzrət Xədicəyə (s) kömək etmək üçün Həzrət Həvva, Sara, Məryəm, Kulsum (Həzrət Musanın (ə) bacısı, bəzi rəvayətlərdə Həzrət İbrahimin (ə) yoldaşı Asiyə) bir dəstə “huril-eyn” (behişt huriləri) və “Kövsər suyu” ilə gəlmişlər.
🔸 Allah mütəalın belə inayəti səbəbsiz deyildi, çünki O, Peyğəmbərin (s) qəlbi və ruhu, Əmirəl-möminin (ə) oxşarı, onbir inci ulduzun (کوکب دری) anası; imamət, vilayət, islam, şirk, nifaq və iman; haqq və batilin meyarı olan Rəbbani Kövsərin dünyaya gəlişini iradə etmişdi.
✨Həzrət Zəhra (s) dünyaya gəldiyi vaxt bütün aləmləri nur yağışı bürüdü və o əzəmətli xanım bu cümlələri deməyə başladı:
📜 أشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَ أَنَّ أَبِی مُحَمِّداً رَسُولُ اللَّهِ وَ أَنَّ عَلیّاً سَیِّدُ الْأَوْصِیَاءِ وَ وُلْدِی سَادَةُ الْأَسْبَاطِ 📜
🔆“Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, həqiqətən atam Muhəmməd (s) Allahın elçisi, Əli (ə) peyğəmbərlərin vəsiyyət etdiyi kəslərin seyidi və dünyaya gələcək övladlarım ümmətlərin ən yaxşılarının ağası olacaqdır”.
📚“Məvsuətul-Kubra ən Fatimətiz-Zəhra”, c. 2, səh. 169 - 193.
Ey uca ulduz, Əkbər Allahın namusu,
Cümlə əqlin qızı, cümlə elmin yoldaşı,
Ərşin bəzəyi sənin damənində yetişdi,
Onbir ulduz - mərifət qovsünə oldun ana.
Allahdan qeyriyə vücudu minnət olan,
Oldu məmnun ətayi-Həqqə ki, Kövsər ola. (Ayətullah Vəhid Xorasanin şerindən tərcümə)
Ustad Əli Mömini Urməvi
#15_Tarix
#15_Əlamətdar_və_tarixi_günlər 12
@Fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

Günün hədisi
6️⃣
اَلسَّلَامُ عَلَیْکِ اَیَتُهَا الْمَظلُومَةُ المَمْنُوعَةُ حَقُّهَا
“Salam olsun sənə, ey haqqı əlindən alınan məzlum!”
Salam deyərək xilqətin cövhəri, Qədr gecəsinin həqiqəti, Allahın höcətlərinin höcəti olan Peyğəmbərin (s) qəlbi, ruhu, bədəninin parası və aləmlərin xanımı Fatimeyi-Zəhranın (s) qəmli və ürək yandıran şəhadəti ilə əlaqədar başsağlığı veririk.
🔅İslam tarixinin danılmaz həqiqətlərindən biri Allahın Fatimeyi-Zəhraya (s) verdiyi şübhə edilməyən haqqının zalımcasına qəsb edilməsidir.
İsra surəsi, ayə 26 nazil olduğu vaxt (وَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ “Qohum-əqrəbaya haqqını ver”...), şiə və sünnilərin böyük Quran təfsiri alimlərinin iqrarına əsasən Peyğəmbər (s) qızı Fatimeyi-Zəhranı (ə) çağırıb buyurdu: "Allah Fədək bağını sənə bağışlamağı mənə əmr etdi. Həzrət (s) Fədəki öz sağlığında Xanım Zəhraya (s) bağışladı. Bağ kamil surətdə Xanımın (s) ixtiyarında idi.
🏴Peyğəmbər (s) rehlət etdiyi vaxt Həzrət Əmirəl-möminin Əlinin (ə) yəqin olan xilafət və vilayətini qəsb etdilər. İmam Sadiqin (ə) buyurduğuna əsasən ikinci “xəlifə” birinci “xəlifəyə” belə dedi:
🔻إنَّ النَّاسَ عَبِيدُ هَذِهِ الدُّنْيَا لَا يُرِيدُونَ‏ غَيْرَهَا، فَامْنَعْ‏ عَنْ عَلِيٍّ وَ أَهْلِ بَيْتِهِ الْخُمُسَ، وَ الْفَيْ‏ءَ، وَ فَدَكاً، فَإِنَّ شِيعَتَهُ إِذَا عَلِمُوا ذَلِكَ تَرَكُوا عَلِيّاً وَ أَقْبَلُوا إِلَيْكَ رَغْبَةً فِي الدُّنْيَا...
🔻“İnsanlar bu dünya malına quldur, ondan başqa şey istəmirlər. Buna əsasən Əli və Əhli-Beytindən xüms, fəy` (müharibə olmadan ələ gələn əmtəə (mülk, sərvət, əmək məhsulları, torpaqlar və ...) və Fədəkə qadağa qoy! Ona görə ki, “şiələri” bunu (deyilənlərin əlindən alınmasını) bilib dünya rəğbətinə görə Əlidən uzaqlaşıb sənə üz tutacaqlar”...
📚“Müstədrəkul-vəsail, cild. 7, səh. 290; “Biharul-ənvar”, c. 29, 194.
▪️Fədək bağı qəsb ediləndən sonra başına gələn müsibət və ruhi sıxıntı ilə belə Həzrət Fatimeyi-Zəhra (ə) haqqını geri almaq üçün məscidə gedib oxşarsız və ifadəli nitq ilə xütbəsini söylədi.
🔸Həqiqətən bu xütbə etiqad, ürfan, əxlaq, ictimai-siyasi, bədii və epik janrda olan şah əsərlərdən biridir. Xütbənin sonunda Qurana əsaslanan möhkəm məntiqlə Həzrət Fatimeyi-Zəhra (ə) öz haqqını müdafiə etdi. Amma təəssüflər olsun ki, onlar inkar edilməz haqqının verməyib qəddarlıqla mübarək evinə hücum etdilər. Məsum həyat yoldaşının boynuna kəndir salıb “beyət” almaq üçün çəkə-çəkə məscidə apardılar. Evinin qapısını yandırıb Xanımın (s) nazənin bədənini qapı və divar arasında sıxıb əzdilər. İkinci “xəlifə” Xanımın (s) üzünə möhkəm sillə vurdu ki, sırğaları yerə düşdü. Təpik vurub 4 aylıq Möhsününü siqt elədi. Xanıma (s) edilən zülm və müsibətləri yazıb deməyə insan xəcalət çəkir.
🔸مر مرا باری نکو ناید ز روی اعتقاد
🔸حق زهرا بردن و دین پیمبر داشتن
🔸Yalnız mənə, etiqad üzrə Allah da xoşlanmaz,
🔸Zəhra haqqını danan, Peyğəmbər dinində olan.
(Sənai Qəznəvi)
✨اللّهُمَّ الْعَنْ ظَالِمِی حَقِّ فَاطمةَ عَلَیْهَا السَّلَامُ وَ عَجِّلْ لِوَلِیِّکَ الْفرَجَ
✨Ey mənim Allahım, Fatimənin (s) haqqında zülm edənləri öz rəhmətindən uzaq və İmam Zamanın (ə.f) zühurun tez et!
Ustad Əli Mömini Urməvi
#06_Günün_hədisi 006
/channel/fatimiyyeheyati2
•┈••••✾•🌿🏴🌿•✾•••┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

Ayətullahul-üzma Seyid Əli Sistaninin nümayəndəsi tərəfindən Kərbəla cümə namazı xütbəsində qiraət edilən bəyanat 3.1.2020:
🏴Hadisələr sürətlə ardıcıl olaraq baş verir, böhranlar artmaqdadır. Əl-Qaim şəhərində İraq hərbi qüvvələrinin bazasına cinayətkarcasına təcavüzün nəticəsində onlarla döyüşçü övladlarımızın şəhid və yaralanmasından tutmuş, ötən günlərdə Bağdadda təəssüf ediləsi baş vermiş hadisələrə şahid olduq.
▪️Sonda isə Bağdad yaxınlıqında olan Beynəlxalq aeroportda vəhşicəsinə həmlənin nəticəsində İŞİD terrorçularına qarşı qalib gələn bir sıra qəhrəmanların şəhadəti baş verdi.
▪️Bu həmlə İraq ölkəsinin suverenliyi və beynəlxalq nizamnamənin açıq şəkildə pozulması deməkdir. Bu və digər baş verən hadisələr ölkənin çox çətin bir vəziyyətlə üzləşmısinə ciddi xəbərdarlıqdır.
Bu yolla əlaqədar tərəfləri təmkinli olmağa və ağıllı davranmağa dəvət edirik.
✨Əllərimizi dua üçün uca Allahın dərgahına qaldırıb Ondan istəyirik ki, İran və İraqı düşmənlərin və Allahdan üz çevirənlərin şərindən uzaq etsin.
🔸İlahi qəlblər sənə üz tutmuş, böyunlar sənə sarı yüksəlmiş, gözlər dərgahına dikilmiş, qədəmlər dərgahına sarı atılmış, bədənlər zəifləmişdir.
🔸İlahi düşmənin gizli kini aşkar olmuş, kin qazanları cuşa gəlmişdir.
🔸İlahi, dinimizdə təfriqəyə düşməkdən, düşmənimizin çox və sayımızın az olmasından sənə şikayət edirik. Ey rəhimlilərin ən rəhimlisi, ey Rəbbimiz bizə qurtuluş, kömək və qələbə ver! Aminə ya rəbbəl-aləmin.
@fatimiyyeheyati2
•┈┈••••✾•🌿🏴🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

Hüzünlü cüməniz xeyir və bərəkətli olsun
Həzrət İmam Cavadın (ə) şəhadət ildönümü ilə əlaqədar başsağlığı veririk.
▪️İmam Cavad (ə): "İstəklərini yerinə yetirməyin üçün doğru yolu gizlədən kimsə şübhəsiz ki, səninlə düşmənçilik etmişdir."
📚“Ə`lamudd-din”, səh. 399.
/channel/fatimiyyeheyati2
•┈┈••••✾•🌿🏴🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

#17_Video 033
/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

#20_Şəkillər 038
/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

Əlamətdar və tarixi günlər
11
🔶19 fevral 2019-cu il, 1440 h. q. ili, cumadəs-saniyə ayının 13-ü Həzrət Ümmül-bəninin (s) vafatının il dönümünü ilə əlaqədar başsağlığı veririk.
Ümmül-Bənin (s)
🔅Ummul-Bənin adı ilə məşhur olan Həzrət Fatimə (s) binti Hizzam, Həzrət Əmirəl-müminin Əli ibn Əbi Talibin (ə) həyat yoldaşı, Peyğəmbər (s) və Əhli-beyt (ə) tərəfdarları olan şiələr arasında hörmətli şəxslərdəndir. O, Aşura günü Kərbəlada üç qardaşı ilə birlikdə şəhid olan Həzrət Əbul-Fəzl Abbasın (ə) anasıdır. O biri üç qardaşın adı tərtiblə Abdullah, Cəfər və Osmandır (Allah məqamlarını daha da uca etsin).
👉 Kərbəla hadisəsi baş verəndən sonra Həzrət Ümmül-Bənin (s) İmam Hüsəyn (ə) və övladları üçün elə tərzdə matəm saxlayırdı ki, hətta Əhli-Beyt (ə) düşmənləri belə onunla həm səda olurdular.
🔅Nəsəb və vəfatı
Həzrət Ümmül-Bəninin (s) atası Əbul-Məcl Hizzam ibn Bəni-Kəlab”dır(1). Anası isə Leyla və ya Təmamə bint Suheyl ibn Amir ibn Malikdir (2).
Xanımın vəfatı barədə dəqiq tarıx qeyd edilməyib. Amma məşhur 13 Cumadəs-saniyə ayı vəfatının il dönümü olmasıdır. Qəbri Mədinə şəhəri, Bəqi qəbiristanlığındadır.
🔅İslamın böyük şəxsiyyətlərinin Həzrət Ümmül-Bənin (s) barədə kəlamlarından
Zəynuddin Amili (Şəhid sani) (r) xanım barədə deyir: “Həzrət Ümmül-Bəninin (s) olduqca mərifət və fəzilətli qadın idi. Peyğəmbər ailəsinə (s) nisbət olduqca məhəbbət, ixlaslı və şiddətlı bağlılığa malik idi. Özünü onlara xidmət üçün həsr etmiş idi. Peyğəmbər ailəsi (ə) də ona yüksək mənzilət qail və xüsusi ehtiram edirdilər. Bayram günlərində xanıma ehtiram olaraq hüzuruna gəlib ona qayğıkeşlik edirdilər (3).
Sətr altı qeydlər:
1- Təbəri, “Tarix”, c. 4, s. 118.
2- İbn Ənbəh, “Umdətut-talib”, s. 356.
3-“ Setareye deraxşane Mədinə Həzrəte Ummul-Bənin (s)”, s. 7.
🔆Mənbə:
www.fa.wikishia.net
#15_Tarix
#15_Əlamətdar_və_tarixi_günlər 11
✳️Tərcümə:
@Fatimiyyeheyati2
•┈••••✾•🌿🏴🌿•✾•••┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

#20_Şəkillər 035
/channel/fatimiyyeheyati2

Читать полностью…
Подписаться на канал