fatimiyyeheyati2 | Другое

Telegram-канал fatimiyyeheyati2 - Fatimiyyə heyəti 2

111

Qum hövzəsi, Azərbaycanlı tələbələrin "Fatimiyyə heyəti". Dini suallarınızı ünvanlayın: fatimiyyeheyati@mail.ru Birbaşa əlaqə: @Fatimiyye

Подписаться на канал

Fatimiyyə heyəti 2

“Həzrət Fatiməyi-Zəhranım (ə) mövludu”
#19_Rövzə_və_mövludxani 012
#19_MP3 007
/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

Aşura günü İmam Hüseyn buyurdu:
...لَا واللهِ، لا أُعطيكُمْ بيدي إعطاءَ الذَّليلِ، ولا أفرُّ فرارَ العَبيد...
...“Yox, Allaha and olsun ki, onlara zəlil kimi əl uzadıb beyət etməyəcəyəm və qul kimi şərəf meydandan qaçmayacağam!”...
İzzətli Allah möminlərə zilləti qəbul etməyə icazə vermədiyinə görə Həzrət (ə) belə buyurdu:
...“Zillət bizdən uzaqdır!”...
Əl-İhticac, c. 2, səh. 300.
İmam Hüseyndən (ə) öyrənməli olduğumuz ən mühüm dərs odur ki, hər zaman öz işimizdə özümüzə hörmətlə yanaşıb, heç bir işdə, davranışda, danışıqda bir an belə Allaha xatir zəlil olmamalıyıq.
@fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

İmam Rzanın (ə) mövludu sizə mübarək olsun!
/channel/fatimiyyeheyati2
#20_Şəkillər 051

Читать полностью…

Fatimiyyə heyəti 2

İmam Rzanın (ə) mövludu sizə mübarək olsun!
#17_Video 034
/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

İmam Rzanın (ə) mövludu sizə mübarək olsun!
/channel/fatimiyyeheyati2
#20_Şəkillər 049

Читать полностью…

Fatimiyyə heyəti 2

▪️26 Fevral 1992 XOCALI SOYQIRIMINI UNUTMADIQ UNUTMAYACAĞIQ!
...Biz məzlumcasına öldürülmüş şəxsin qəyyumuna tam ixtiyar vermişik... “İsra” surəsi, ayə 33.
🏴 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.
◽️Xocalı soyqırımının nəticəsi:
● 63-ü uşaq, 106-sı qadın, 70-i qoca kişi və qadın olmaqla, 613 Xocalı sakini qətlə yetirilib;
● 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib;
● Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb;
● 1275 nəfər əsir götürülüb;
● Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Allah rəhmət eləsin!
/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

Kamillik, əzəmət, gözəlliyin tam məzhəri olan Əmirəl-möminin Əlinin (ə) mübarək və səadətli mövludu sizə mübarək olsun!
🔸Həzrət İmam Sadiqin (ə) Muhəmməd ibn Müslim Səqəfiyə təlim etdiyi ziyarətnamədən:
السّلاٰمُ عَلَیْکَ یاٰ مَن وُلِدَ فِی الْکَعبَة
...”Ey Kəbə mövludu, salam olsun sənə!”...
📚“Biharul-ənvar, cild 97, səh. 373.
/channel/@fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

/channel/fatimiyyeheyati2
#20_Şəkillər 045

Читать полностью…

Fatimiyyə heyəti 2

Əlamətdar və tarixi günlər
12
🔶1440 h. q. ili, cumadəs-saniyə ayının 13-ü Həzrət Ümmül-bəninin (s) vafatının il dönümünü ilə əlaqədar başsağlığı veririk.
Ümmül-Bənin (s)
🔅Ummul-Bənin adı ilə məşhur olan Həzrət Fatimə (s) binti Hizzam, Həzrət Əmirəl-müminin Əli ibn Əbi Talibin (ə) həyat yoldaşı, Peyğəmbər (s) və Əhli-beyt (ə) tərəfdarları olan şiələr arasında hörmətli şəxslərdəndir. O, Aşura günü Kərbəlada üç qardaşı ilə birlikdə şəhid olan Həzrət Əbul-Fəzl Abbasın (ə) anasıdır. O biri üç qardaşın adı tərtiblə Abdullah, Cəfər və Osmandır (Allah məqamlarını daha da uca etsin).
👉 Kərbəla hadisəsi baş verəndən sonra Həzrət Ümmül-Bənin (s) İmam Hüsəyn (ə) və övladları üçün elə tərzdə matəm saxlayırdı ki, hətta Əhli-Beyt (ə) düşmənləri belə onunla həm səda olurdular.
🔅Nəsəb və vəfatı
Həzrət Ümmül-Bəninin (s) atası Əbul-Məcl Hizzam ibn Bəni-Kəlab”dır(1). Anası isə Leyla və ya Təmamə bint Suheyl ibn Amir ibn Malikdir (2).
Xanımın vəfatı barədə dəqiq tarıx qeyd edilməyib. Amma məşhur 13 Cumadəs-saniyə ayı vəfatının il dönümü olmasıdır. Qəbri Mədinə şəhəri, Bəqi qəbiristanlığındadır.
🔅İslamın böyük şəxsiyyətlərinin Həzrət Ümmül-Bənin (s) barədə kəlamlarından
Zəynuddin Amili (Şəhid sani) (r) xanım barədə deyir: “Həzrət Ümmül-Bəninin (s) olduqca mərifət və fəzilətli qadın idi. Peyğəmbər ailəsinə (s) nisbət olduqca məhəbbət, ixlaslı və şiddətlı bağlılığa malik idi. Özünü onlara xidmət üçün həsr etmiş idi. Peyğəmbər ailəsi (ə) də ona yüksək mənzilət qail və xüsusi ehtiram edirdilər. Bayram günlərində xanıma ehtiram olaraq hüzuruna gəlib ona qayğıkeşlik edirdilər (3).
Sətr altı qeydlər:
1- Təbəri, “Tarix”, c. 4, s. 118.
2- İbn Ənbəh, “Umdətut-talib”, s. 356.
3-“ Setareye deraxşane Mədinə Həzrəte Ummul-Bənin (s)”, s. 7.
#15_Tarix
@fatimiyyeheyati2
#15_Əlamətdar_və_tarixi_günlər 12

Читать полностью…

Fatimiyyə heyəti 2

/channel/fatimiyyeheyati2
#20_Şəkillər 042

Читать полностью…

Fatimiyyə heyəti 2

▫️“Ya mulicəl ləyli fin nəhar, və mulicən nəhari fil ləyl, və muxricəl həyyi minəl məyyit, və muxricəl məyyiti minəl həyy, ya raziqə mən yəşau biğəyri hisab, ya Əllahu ya rəhman, ya Əllahu ya rəhim, ya Əllahu ya Əllahu ya Əllah, ləkəl əsmaul husna vəl əmsalul ulya, vəl kibriyau vəl ula, əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələsmi fi hazihil ləyləti fis suəda, və ruhi məəş şuhəda, və ihsani fi illiyyinə və isaəti məğfurəh, və ən təhəbə li yəqinən tubaşiru bihi qəlbi, və imanən yuzhibuş şəkkə ənni, və turziyəni bima qəsəmtə li, və atina fid dunya həsənətən və fil axirəti həsənəh, və qina əzabən naril həriq, vərzuqni fiha zikrəkə və şukrək, vər rəğbətə iləykə vəl inabətə vət təvfiq, lima vəffəqtə ləhu Muhəmmədən və alə Muhəmməd, ələyhi və ələyhimus səlam.
📚“Məfətihul-Cinan”, Qədr gecələrinin əməlləri.
#Dualar_18_Qədr gecələri 2
/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

🌙19-cu gecəyə məxsus olan əməllər:
🔹1. Yüz dəfə «Əstəğfirullahə rəbbi və ətubi iləyh» demək.
🔹2. Yüz dəfə «Əllahummələn qətələtə Əmirəlmöminin” demək.
🔹3. Dördüncü hissədə deyilən “Ya zəlləzi kanə...” duasını oxumaq.
🔹4. Aşağıdakı duanı oxumaq:
🔅 اللَّهُمَّ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ وَ فِيمَا تَفْرُقُ مِنَ الْأَمْرِ الْحَكِيمِ فِي لَيْلَةِ الْقَدْرِ وَ فِي الْقَضَاءِ الَّذِي لا يُرَدُّ وَ لا يُبَدَّلُ أَنْ تَكْتُبَنِي مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْ
مُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمْرِي وَ تُوَسِّعَ عَلَيَّ فِي رِزْقِي وَ تَفْعَلَ بِي كَذَا وَ كَذَا
🔅Əllahumməcəl fima təqzi və tuqəddiru minəl əmril məhtum, və fima təfruqu minəl əmril həkim, fi ləylətil qədr, və fil qəzailləzi la yurəddu və la yubəddəl, ən təktubəni min huccaci bəytikəl həramil, əl məbruri həccuhum, əl məşkuri səyuhum, əl məğfuri zunubu-humul mukəffəri ənhum səy-yiatuhum, vəcəl fima təqzi və tuqəddiru ən tutilə umri, və tuvəssiə ələyyə fi rizqi, və təfələ bi kəza və kəza.
▫️İlahi, hökm və müqəddər etdiyin qaçılmaz əmrində, ayırdığın hikmətli əmrində, dəyişilməyən və geri qaytarılmayan hökmündə məni Öz evinin – “Beytül-Haram”ın həcləri gözəl, səylərinin əvəzi verilmiş, günahları bağışlanmış və pis əməlləri pərdələnmiş hacılarından hesab edəsən. Həmçinin hökm və müqəddər etdiyin işlərdə ömrümü uzun edib ruzimi bol edəsən və mənim üçün bu işləri yerinə yetirəsən...
🙏🏻Kəza və kəza sözlərinin yerinə öz hacətlərinizi istəyin.
👉🏻Nəzərinizə çatdırım ki, 21 və 23-cü gecələrə aid məxsus əməllər sonradan bu məqaləyə əlavə ediləcəkdir. İltimasi dua.
#Dualar_18_Qədr gecələri 1
/channel/fatimiyyeheyati2
•┈┈••••✾•🌿🌺🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

Mübarək Ramazan ayının Qədr gecələri barədə
🌙Qədr gecəsi elə bir gecədir ki, bütün il boyu heç bir gecə onun fəziləti və yaxşılığına çata bilməz. O gecədə (yaxşı) əməl yerinə yetirmək min ayın yaxşı əməlindən üstündür.
✅O gecədə bir ilin işləri müəyyənləşir. Mələklər ən böyük mələk Ruhla birlikdə Allahın izni ilə yerə enir və İmam Zaman (ə)-ın xidmətinə gəlirlər. Hər bir şəxs müəyyən və təyin edilmiş işləri imama həvalə edirlər.
🌙 Qədr gecələrinin əməlləri iki hissəyə bölünmüşdür:
1- Hər üç gecədə yerinə yetirilən müştərək əməllər;
2- Hər gecəyə (Ramazan ayının 19-cu, 21-ci və 23-cü gecələri) məxsus olan əməllər.
🔶Birinci: Hər üç gecədə yerinə yetirilən müştərək əməllər
Bu əməllər bir necə hissədən ibarətdir:
🔸1. Qüsül almaq. Əllamə Məclisi buyurmuşdur: “Bu gecənin qüsüllərini günbatan vaxtı almaq daha yaxşıdır ki, şam namazını qüsüllə yerinə yetirsin.
🔸2. İki rükət namazdır. Hər rükətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsini oxusun və qurtardıqdan sonra 70 dəfə “Əstəğfirullahə və ətubu iləyh” -desin.
☀️Peyğəmbərdən (s) olan hədisidə deyilir ki, yerindən ayağa qalxmamış (bu insanın) özü və ata-anası Allah taala tərəfindən bağışlanar...
🔸3. Quranı açıb qarşınızda tutub deyin:
🔅 اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ
🔅Əllahummə inni əsəlukə bi-kitabikəl munzəli və ma fih, və fihismukəl-əkbəru və əsmaukəl husna, və ma yuxafu və yurca ən təcələni min utəqaikə mi-nən nar.
▫️İlahi, nazil etdiyin kitaba (Qurana), onun içindəkilərə, içindəki ən böyük adına, ən gözəl adlarına, qorxulu və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından xilas etdiyin kəslərdən edəsən.
🙏🏻Sonra öz hacətlərini istə.
🔸4. Quranı götürüb başınıza qoyub deyin:
🔅 اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ
🔅Əllahummə bihəqqi hazəl Quran, və bihəqqi mən ərsəl-təhu bih, və bihəqqi kulli muminin mədəhtəhu fih, və bihəq-qikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink.
▫️İlahi, Sənə and verirəm bu Quranın haqqına, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqına, Quranda təriflədiyin bütün möminlərin haqqına və Sənin onların üzərindəki olan haqqına ki, Səndən başqa heç kim bu haqqı tanıya bilməz!
Sonra on dəfə de:
✨بكَ يَا اللَّهُ
Bikə ya Əllahu
▫️Ey Allah, Öz zatına xatir;
On dəfə de:
✨ بمُحَمَّدٍ
Bi Muhəmmədin
▫️Həzrət Məhəmmədə (s) xatir;
On dəfə de:
✨ بعَلِيٍّ
Bi Əliyyin
▫️Həzrət Əliyə (ə) xatir (1-ci İmam);
On dəfə de:
✨ بفَاطِمَةَ
Bi Fatimətə
▫️Həzrət Fatiməyə (ə.s.) xatir;
On dəfə de:
✨بالْحَسَنِ
Bil Həsəni
▫️Həzrət Həsənə (ə) xatir (2-ci İmam);
On dəfə de:
✨بالْحُسَيْنِ
Bil Husəyni
▫️Həzrət Hüseynə (ə) xatir (3-cü İmam);
On dəfə de:
✨ بعَلِيِّ بْنِ الْحُسَيْنِ
Bi Əliyyibnil Husəyni
▫️Həzrət Əli ibn Hüseynə (ə) xatir (4-cü İmam);
On dəfə de:
✨ بمُحَمَّدِ بْنِ عَلِيٍّ
Bi Muhəmmədibni Əliyyin
▫️Həzrət Məhəmməd ibn Əliyə (ə) xatir (5-ci İmam);
On dəfə de:
✨ بجَعْفَرِ بْنِ مُحَمَّدٍ
Bi Cəfəribni Muhəmmədin
▫️Həzrət Cəfər ibn Məhəmmədə (ə) xatir (6-cı İmam);
On dəfə de:
✨بمُوسَى بْنِ جَعْفَرٍ
Bi Musəbni Cə`fərin
▫️Həzrət Musa ibn Cəfərə (ə) xatir (7-ci İmam);
On dəfə de:
✨ بعَلِيِّ بْنِ مُوسَى
Bi Əliyyibni Musa
▫️Həzrət Əli ibn Musaya (ə) xatir (8-ci İmam);
On dəfə de:
✨ بمُحَمَّدِ بْنِ عَلِيٍّ
Bi Muhəmmədibni Əliyyin
▫️Həzrət Məhəmməd ibn Əliyə (ə) xatir (9-cu İmam);
On dəfə de:
✨ بعَلِيِّ بْنِ مُحَمَّدٍ
Bi Əliyyibni Muhəmmədin
▫️Həzrət Əli ibn Məhəmmədə (ə) xatir (10-cu İmam);
On dəfə de:
✨ بالْحَسَنِ بْنِ عَلِيٍّ
Bil Həsənibni Əliyyin
▫️Həzrət Həsən ibn Əliyə (ə) xatir (11-ci İmam);
On dəfə de:
✨ بالْحُجَّةِ
Bil Huccəti
Həzrət Höccətə (ə) xatir (12-ci İmam);
🙏🏻Sonra öz hacətlərini istəyirsən
🔸5. İmam Hüseyni (ə) ziyarət etmək. Hədisdə belə deyilir; Qədr gecəsi yetişdikdə yeddinci səmadan carçı qışqırır ki, Allah taala hər kim İmam Hüseyni (ə) ziyarətinə gəlib onların günahlarını bağışlayar.

Читать полностью…

Fatimiyyə heyəti 2

Mübarək Ramazan ayının gecələrinin namazı
🔸Əllamə Məclisi “Zadul-məad”da “Ramazan ayının əməlləri” bölməsinin axırıncı fəslində Ramazan ayının gecələrinin namazını belə bəyan edir:
▫️ “Mübarək Ramazan ayında ən yaxşı əməlin namaz qılınması, Quran oxunması və bu namazların bir çox Quran surələrinə şamil olmasını nəzərə almaqla hər kəs hər nə qədər (bacardığı qədər) bu gecələrin namazlarından qılarsa onun üçün qənimətdir”.
🔹Mübarək Ramazan ayının gecələrinin xüsusi namazları Həzrət Əlidən (ə) nəql edilmiş hər gecə üçün çoxlu savablar zikr edilmişdir.
▫️Bu müstəhəb namazların hamısı iki rükətlidir, təşəhhüddən sonra salamları deyib namazı bitirirlər (sübh namazı kimi).
▫️Bu namazı oturmuş halda da qılmaq olar lakin ayaq üstə qılınması daha fəzilətlidir (savabı çoxdur).
▫️İmam Kazim (ə): “Müstəhəb namazı qılmaq hər bir mömini Allaha yaxınlaşdırır”.
🔸 Ramazan ayının 18-ci gecəsinin namazı (17-ci günün məğrib azanından sonra 18-ci gecə başlayır). Dörd rükət. Hər rükətdə “Həmd”dən sonra iyirmi beş dəfə “Kövsər” surəsi.
▫️ Savabı:
Həzrət Əli (ə): Hər kəs bu namazı qılarsa ölüm mələki ona bəşarət verər ki, Allah ondan razıdır.
#Ramazan_ayının_gecələrinin_namazı 18
@Fatimiyyeheyati2
•┈┈••••✾•🌿🌺🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

🌙Mübarək Ramazan ayının hülulu sizə mübarək olsun!
🔸Bakı üfüqü ilə Ramazan ayınin 1-i üçün şəri vaxtlar,: Sübh azanı 03:32; günəş çıxır 05:23; günorta azanı 12:37; axşam azanı 20:13; gecəyarı 23:42.
🌙 Mübarək Ramazan ayının 1-ci gününün duası
🔅اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِي فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِي فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِي جُرْمِي فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّي يَا عَافِيا عَنِ الْمُجْرِمِينَ
🔅Əllahumməcəl siyami fihi siyaməs saimin, və qiyami fihi qiyaməl-qaimin, və nəbbihni fihi ən nəvmətil ğafilin, və həb li curmi fihi ya ilahəl aləmin, vəfu ənni ya afiyən ənil muc-rimin.
🔸İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən hesab et. Bu gündə məni qəflətdə yatanların yuxusundan oyat və günahlarımı bağışla, ey aləmlərin Allahı və ey günahkarları əfv edən!
•┈┈••••✾•••┈┈•
#09_Dua_və_zikrlər 2
@Fatimiyyeheyati2
•┈┈••••✾•🌿🌺🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

3 yanvar 2024 (20 cumadəs-saniyə hicrətdən 8 il öncə) Həzrət Fatimeyi-Zəhranın (s) mövlud günü - analar günü sizə mübarək olsun.
👉🏻 “Baxmayaraq ki, Həzrət Fatimeyi-Zəhranın (s) şəxsiyyətini tanımaq ümum bəşəriyyət üçün qeyri mümkündür, amma Məsumlarımızdan (ə) gəlib çatmış hədislərin bəzilərinin məzmununa işarə etmək olar.
🔆Vucud aləminin xülasəsi İlahi behiştdir. Onun da xülasəsi Tuba ağacıdır ki, Allah mütəal onu öz “qüdrət əlləri” ilə əkmiş, behiştin ən şərafətli suyu olan “Təsnim” ("و مِزاجُه مِن تَسنیم") bulağının suyu ilə suvarmışdır. Tuba ağacının meyvəsi alma oldu. Həzrət Peyğəmbər (s) meraca gedərək behiştə daxil olmuş və o almanı meyl etmişdir. Yerdə isə evlənməmiş, pak və pakizə olan 28 yaşlı Həzrət Xədiceyi-Kübra (s) [40 yaş da deyiblər, düzgün olaraq 28 yaşdır] ilə ailə həyatı qurmuşdur. Hər ikisi 40 gün İlahi yolda çalışmış, oruc tutub ibadətlə məşğul olmuş, iftar vaxtı isə behişt yemək və içməyi ilə iftar edirmişlər ki, Həzrət Zəhranın (s) mübarək nütfəsi bağlansın.
🔸O “ummu əbiha” (Peyğəmbərin (s) kəlamına işarədir, mənası - atasının anası) olmamışdan öncə “ummu ummiha” (anasının anası) olur. Yəni anasının bətnində olarkən onunla danışmış, səbirli, dözümlü olmasına  dəvət və ürək dirək, təsəlli  vermişdir.
🔸Dünyaya gəlişi vaxtı Həzrət Xədicəyə (s) kömək etmək üçün Həzrət Həvva, Sara, Məryəm, Kulsum (Həzrət Musanın (ə) bacısı, bəzi rəvayətlərdə Həzrət İbrahimin (ə) yoldaşı Asiyə) bir dəstə “huril-eyn” (behişt huriləri) və “Kövsər suyu” ilə gəlmişlər.
🔸 Allah mütəalın belə inayəti səbəbsiz deyildi, çünki O, Peyğəmbərin (s) qəlbi və ruhu, Əmirəl-möminin (ə) oxşarı, onbir inci ulduzun (کوکب دری) anası; imamət, vilayət, islam, şirk, nifaq və iman; haqq və batilin meyarı olan Rəbbani Kövsərin dünyaya gəlişini iradə etmişdi.
✨Həzrət Zəhra (s) dünyaya gəldiyi vaxt bütün aləmləri nur yağışı bürüdü və o əzəmətli xanım bu cümlələri deməyə başladı:
📜 أشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَ أَنَّ أَبِی مُحَمِّداً رَسُولُ اللَّهِ وَ أَنَّ عَلیّاً سَیِّدُ الْأَوْصِیَاءِ وَ وُلْدِی سَادَةُ الْأَسْبَاطِ 📜
🔆“Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, həqiqətən atam Muhəmməd (s) Allahın elçisi, Əli (ə) peyğəmbərlərin vəsiyyət etdiyi kəslərin seyidi və dünyaya gələcək övladlarım ümmətlərin ən yaxşılarının ağası olacaqdır”.
📚“Məvsuətul-Kubra ən Fatimətiz-Zəhra”, c. 2, səh. 169 - 193.
Ey uca ulduz, Əkbər Allahın namusi,
Cümlə əqlin qızı, cümlə elmin yoldaşı,
Ərşin bəzəyi sənin damənində yetişdi,
Onbir ulduz - mərifət qovsünə ana oldı.
Allahdan qeyriyə vücudu minnət olan,
Verdi Allah Kövsəri, ətayi həqqə məmnun oldı. (Ayətullah Vəhid Xorasanin şerindən tərcümə)
Ustad Əli Mömini Urməvi
#15_Tarix
#16_Əlamətdar_və_tarixi_günlər 12
@Fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

“İmam Hüseynin (ə) Xanım Zeynəblə vidalaşması”
Şair: Hacı Vəliyullah Kəlami.
Məddah: Hacı Məhmud Kərimi.
#Hacı_Vəliyullah_Kəlami 001
#18_Rövzə_və_mövludxani 011
#18_MP3 006
/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

İmam Rzanın (ə) mövludu sizə mübarək olsun!
#17_Video 035
/channel/fatimiyyeheyati2

Читать полностью…

Fatimiyyə heyəti 2

İmam Rzanın (ə) mövludu sizə mübarək olsun!
/channel/fatimiyyeheyati2
#20_Şəkillər 050

Читать полностью…

Fatimiyyə heyəti 2

/channel/fatimiyyeheyati2
#20_Şəkillər 048

Читать полностью…

Fatimiyyə heyəti 2

/channel/fatimiyyeheyati2
#20_Şəkillər 047

Читать полностью…

Fatimiyyə heyəti 2

/channel/fatimiyyeheyati2
#20_Şəkillər 046

Читать полностью…

Fatimiyyə heyəti 2

/channel/fatimiyyeheyati2
#20_Şəkillər 044

Читать полностью…

Fatimiyyə heyəti 2

/channel/fatimiyyeheyati2
#20_Şəkillər 043

Читать полностью…

Fatimiyyə heyəti 2

/channel/fatimiyyeheyati2
#20_Şəkillər 041

Читать полностью…

Fatimiyyə heyəti 2

Mübarək Ramazan ayının Qədr gecələri
21-ci gecəyə məxsus olan əməllər (Ramazan ayının 20-ci günü məğrib azanından sonra 21-ci gecə başlayır)
🔸İyirmi birinci gecənin Fəziləti on doqquzuncu gecədən üstündür. Gərək bu gecənin əməllərini; ● qüsül etmək, ● əhya saxlamaq, ● “Yeddi qul huvəllah namazı”nı qılmaq, ● Quran başa qoymaq, ● yüz rükət namaz qılmaq, ● Cövşan Kəbir və sair duaları oxumaq kimi, əməllər yerinə yetirilsin.
Rəvayətlərdə bu iki gecədə iyirmi birinci və iyirmi üçüncü gecədə qüsül almaq, əhya saxlamaq, çoxlu ibadət etməyə daha çox təkid olunmuşdur. Qədr gecəsi bu iki gecədən ibarətdir.
🔹Bir neçə hədisdə məsumlardan sual olunur ki, Qədr gecəsi bu iki gecənin hansı biridir. Onlar müəyyən etmədən buyurublar: –”Hər iki gecədə mümkündür. Hər ikisində xeyir işlər görün!” və bu kimi buyruqlar. Şeyx Səduq isə öz “Əmali” kitabında yazır: “Hər kəs bu iki gecəni elmi məsələləri müzakirə etməklə əhya saxlasa, daha üstün və fəzilətlidir.”
🔸Nəhayət, bu gecədən etibarən ayın axırıncı onluğunun dualarını oxumağa başlasın. Bu dualardan birini də Kuleyni İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir:
▫️“Ramazan ayının axırıncı onluğunda hər gecə bu belə deyin:
Əuzu bicəlali vəchikəl kərimi ən yənqəziyə ənni şəhru rəməzan, əv yətluəl fəcru min ləyləti hazih, və ləkə qibəli zənbun əv təbiətun tuəzzibuni ələyh.
🔸Kəfəmi “Bələdul-əmin” kitabının haşiyəsində İmam Sadiqdən (ə) ramazan ayının axırıncı onluğunun hər gecəsində vacib namazlardan və nafilələrdən sonra bu duanı oxumabğı nəql etmişdir:
▫️“Əllahummə əddi ənna həqqə ma məza min şəhri rəməzan, vəğfir ləna təqsirəna fih, və təsəlləmhu minna məqbula, və la tuaxizna biisrafina əla ənfusina, vəc`əlna minəl mərhumin, və la təc`əlna minəl məhrumin.
🔹 Buyurur:- “Hər kəs bunu oxusa, Allah taala onun ramazan ayının keçən günlərində etdiyi günahları bağışlayar və gələcək günlərindəki günahlardan saxlayar.
🔸Seyid ibn Tavus “İqbal”da İbni Əbi Əmirdən, o, da Mürazimdən nəql edir ki, İmam Sadiq(ə) axırıncı onluqda oxuyardı:
▫️“Əllahummə innəkə qultə fi kitabikəl munzəli şəhru rəməzanəlləzi unzilə fihil Qur`an, hudən lin nasi və bəyyinatin minəh huda vəl furqan, fəəzzəmtə hurmətə şəhri rəməzan, bima ənzəltə fihi minəl Qur`an, və xəsəstəhu biləylətil qədr, və cəəltəha xəyrən min əlfi şəhr, Əllahummə və hazihi əyyamu şəhri rəməzanə qədinqəzət, və ləyalihi qəd təsərrəmət, və qəd sirtu ya ilahi minhu ila ma əntə ə`ləmu bihi minni, və əhsa liədədihi minəl xəlqi əcməin, fəəs`əlukə bima səələkə bihi məlaikətukəl muqər-rəbun, və ənbiyaukəl mursəlun, və ibadukəs salihun, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təfukkə rəqəbəti minən nar, və tudxilənil cənnətə birəhmətik, və ən tətəfəzzələ ələyyə biəfvikə və kərəmik, və tətəqəbbələ təqərrubi və təstəcibə duai və təmunnə ələyyə (ila) bil əmni yəvməl xəvfi min kulli həvl, ə`dədtəhu liyəvmil qiyaməh, İlahi və əuzu bivəchikəl kərim, və bicəlalikəl əzim, ən yənqəziyə əyyamu şəhri rəməzanə və ləyalih, və ləkə qibəli təbiətun əv zənbun tuvaxizuni bih, əv xətiətun turidu ən təqtəssəha minni, ləm təğfirha li səyyidi səyyidi səyyidi, əs`əlukə ya la ilahə illa ənt, iz la ilahə illa əntə in kuntə rəzitə ənni fi hazəş şəhr, fəzdəd ənni riza, və in ləm təkun rəzitə ənni fəminəl anə fərzə ənni ya ərhəmər rahimin, ya Əllahu ya əhədu ya səmədu ya mən ləm yəlid və ləm yuləd, və ləm yəkun ləhu kufuvən əhəd”.
🔹Olduqca çox de:
▫️“Ya muləyyinəl hədidi liDavudə ələyhis səlam, ya kaşifəz zurri vəl kərbil izami ən Əyyubə ələyhis səlam, əy mufərricə həmmi Yə`qubə ələyhis səlam, əy munəffisə ğəmmi Yusufə ələyhis səlam, səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma əntə əhluhu ən tusəlliyə ələyhim əcməin, vəf`əl bi ma əntə əhluh, və la təf`əl bi ma ənə əhluh”.
🔸Bu dualardan biri də müsnəd hədislə “Kafi”də, “Muqnəə”də və mürsəl hədislə “Misbah”da nəql olunmuşdur ki, birinci gecədə (yəni axırıncı onluğun ilk gecəsində, 21-ci gecədə) deyirsən:

Читать полностью…

Fatimiyyə heyəti 2

🔸6. Bu gecələri ehya saxlamaq (oyaq qalmaq). Nəql olunur ki, hər kim Qədr gecələrini ehya saxlasa, günahları göydəki ulduzların, dağların ağırlığı və dənizlərin tutumu qədər olsa belə bağışlanar.
🔸7. Yüz rükət namaz qılmağın böyük savabı vardır (sübh namazı kimi iki rükət iki rükət qılını). Daha fəzilətlisi isə hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsini oxumaqdır.
🔸8. Sonra Oxusun:
🔅 اللَّهُمَّ إِنِّي أَمْسَيْتُ لَكَ عَبْدا دَاخِرا لا أَمْلِكُ لِنَفْسِي نَفْعا وَ لا ضَرّا وَ لا أَصْرِفُ عَنْهَا سُوءا أَشْهَدُ بِذَلِكَ عَلَى نَفْسِي وَ أَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتِي وَ قِلَّةِ حِيلَتِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْجِزْ لِي مَا وَعَدْتَنِي وَ جَمِيعَ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ مِنَ الْمَغْفِرَةِ فِي هَذِهِ اللَّيْلَةِ وَ أَتْمِمْ عَلَيَّ مَا آتَيْتَنِي فَإِنِّي عَبْدُكَ الْمِسْكِينُ الْمُسْتَكِينُ الضَّعِيفُ الْفَقِيرُ الْمَهِينُ اللَّهُمَّ لا تَجْعَلْنِي نَاسِيا لِذِكْرِكَ فِيمَا أَوْلَيْتَنِي وَ لا [غَافِلا] لِإِحْسَانِكَ فِيمَا أَعْطَيْتَنِي وَ لا آيِسا مِنْ إِجَابَتِكَ وَ إِنْ أَبْطَأَتْ عَنِّي فِي سَرَّاءَ [كُنْتُ‏] أَوْ ضَرَّاءَ أَوْ شِدَّةٍ أَوْ رَخَاءٍ أَوْ عَافِيَةٍ أَوْ بَلاءٍ أَوْ بُؤْسٍ أَوْ نَعْمَاءَ اِنَّكَ سَمِيعُ الدُّعَاءِ
🔅Əllahummə inni əmsəytu ləkə əbdən daxirən la əmliku linəfsi nəfən və la zərra, və la əsrifu ənha sua, əşhədu bizalikə əla nəfsi və ətərifu ləkə bizəfi quvvəti və qilləti hiləti, fəsəlli əla Muhəmmədin və ali Muhəmməd, və ənciz li ma vəədtəni, və cəmiəl mumininə vəl muminat, minəl məğfirəti fi hazihil ləyləh, və ətmim ələyyə ma atəytəni, fəinni əb-dukəl miskinul mustəkinuz zəiful fəqirul məhin, Əllahum-mə la təcəlni nasiyən lizikrikə fima əvləytəni, və la (ğafilən) liihsanikə fima ətəytəni, və la ayisən min icabətik, və in əbtəət ənni fi sərraə (kuntu) əv zərraə əv şiddətin əv rəxa, əv afiyətin əv bəlain əv busin əv nəma, innəkə səmiud dua.
▫️İlahi, özünə heç bir xeyir və zərər verə bilməyən və özündən heç bir acı hadisəni uzaqlaşdıra bilməyən xar və zəlil bir bəndə olaraq bu gecəyə daxil oldum. Bunların özümə qarşı olduğuna şəhadət verirəm. Sənin dərgahında gücümün zəifliyi və çarəmin azlığını etiraf edirəm! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vəd etdiyin məğfirətə əməl et və mənə verdiklərini (nemətlərini) tamamla! Həqiqətən, mən Sənin miskin, əlacsız, zəif, yoxsul və xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında zikrini və mənə əta etdiyin ehsanı unudanlardan, dərgahında qəbul etməyindən naümid olanlardan təyin etmə, istər uzun vaxt keçsin, istər xoş olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə bəlada, istər möhtac olum, istərsə də nemət içində! Həqiqətən, Sən dualarım eşidənsən!
✅Bu duanı Kəfəmi İmam Zeynulabidin (ə)-dan rəvayət etmişdir ki, (o həzrət bu duanı) gecələr ayaq üstə və oturan halda, habelə ruku və səcdə vaxtı oxuyurmuş.
☀️Əllamə Məclisi buyurmuşdur: “Bu gecələrdə ən yaxşı əməl, özünün, ata-ananın, sağ və ya dünyasını dəyişmiş mömin qardaşlarının, dünya və axirət istəklərini istəməklə yanaşı bağışlanmaq diləməkdir.” Habelə mümkün qədər Məhəmməd və onun Əhli-beytinə salavat göndərməkdir. ☀️Bəzi hədislərdə oxuyuruq ki, bu üç gecədə Cövşən Kəbir duasını oxusunlar. Fəqir (müəllif) deyir: “Cövşən Kəbir duası öncə qeyd olundu. Rəvayət olunmuşdur ki, İslam peyğəmbərinə deyildi: “Əgər mən Qədr gecəsini dərk edərəmsə, Allahdan nə istəyim?” O həzrət buyurdu: “Sağlamlıq istə.”
#Dualar_18_Qədr gecələri 1
/channel/fatimiyyeheyati2
•┈┈••••✾•🌿🌺🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

🌙 Mübarək Ramazan ayının 18-ci gününün duası
🔅اللَّهُمَّ نَبِّهْنِي فِيهِ لِبَرَكَاتِ أَسْحَارِهِ وَ نَوِّرْ فِيهِ قَلْبِي بِضِيَاءِ أَنْوَارِهِ وَ خُذْ بِكُلِّ أَعْضَائِي إِلَى اتِّبَاعِ آثَارِهِ بِنُورِكَ يَا مُنَوِّرَ قُلُوبِ الْعَارِفِينَ
🔅Əllahummə nəbbihni fihi libərəkati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih, və xuz bikulli ə`zai iləttibai asarih, binurikə ya munəvvirə qulubil arifin.
🔸İlahi, bu orucluq ayının səhərlərinin bərəkəti üçün məni oyat. Bu gün Ramazan ayının nuru ilə qəlbimi işıqlandır. Mənim bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə müvəffəq et. Öz nurunla, ey ariflərin qəlblərini nurlandıran Allah!
#Dualar_18 19
@Fatimiyyeheyati2
•┈┈••••✾•🌿🌺🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

🌙 Mübarək Ramazan ayının 17-ci gününün duası
🔅اللَّهُمَّ اهْدِنِي فِيهِ لِصَالِحِ الْأَعْمَالِ وَ اقْضِ لِي فِيهِ الْحَوَائِجَ وَ الْآمَالَ يَا مَنْ لا يَحْتَاجُ إِلَى التَّفْسِيرِ وَ السُّؤَالِ يَا عَالِما بِمَا فِي صُدُورِ الْعَالَمِينَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ
🔅Əllahum-məhdini fihi lisalihil-ə`mal, vəqzi li fihil-həvaicə vəl amal, ya mən la yəhtacu ilət-təfsiri vəs-sual, ya alimən bima fi suduril-aləmin, səlli əla Muhəmmədin və alihit tahirin.
🔸İlahi, bu gün məni saleh əməllərə yönəlt. Bu gün mənim bütün arzu və ehtiyaclarımı ödə. Ey sual və izaha ehtiyacı olmayan Allah, ey aləmlərin qəlbində olanları bilən, Məhəmməd və onun pak Əhli-beytinə salam-salavat göndər!
#09_Dua_və_zikrlər 18
@Fatimiyyeheyati2
•┈┈••••✾•🌿🌺🌿•✾•••┈┈•

Читать полностью…

Fatimiyyə heyəti 2

/channel/fatimiyyeheyati2
#20_Şəkillər 040

Читать полностью…
Подписаться на канал