❗️Şahin Mustafayev Ermənistanla sərhəddə Mqer Qriqoryanla görüşüb.
2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib.
Bakues.az xəbər verir ki, yuxarıda qeyd olunan komissiyaların birgə fəaliyyəti haqqında 2024-cü il avqustun 30-da imzalanmış Əsasnamənin 7-ci maddəsinə uyğun olaraq, görüş zamanı Tərəflər həmin Əsasnamənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların onların dövlətləri tərəfindən yerinə yetirilməsi barədə bildirişləri mübadilə etdilər.
Əsasnamənin 7-ci maddəsinin bu cür prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı gündə onun qüvvəyə minməsini təsbit etməsini nəzərə alaraq, Tərəflər vurğuladılar ki, sözügedən Əsasnamə 2024-cü il noyabrın 1-də qüvvəyə minir.
Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi apardılar.
Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə etdilər.
Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəldilər.
Komissiyaların görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə etdilər.
SƏRƏNCAM❗️Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bakues.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, avqustun 7-də Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
❗️Bakının yağış suları ilə bağlı danışmaq istəsə də, sonradan belə imtina etdi
Ətraflı Web Saytımızda: http://bakues.az 👈
❗️Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığı COP29-a hazırdır.
Ətraflı Web Saytımızda: http://bakues.az 👈
“Baboşların, maboşların təbliğatı gedir” – DEPUTAT
Ətraflı Web Saytımızda: http://bakues.az 👈
❗️Türkiyədə gəmidə yanğın baş verib – ÖLƏNLƏR VAR
Ətraflı Web Saytımızda: http://bakues.az
🇦🇿Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
Ətraflı Web Saytımızda: http://bakues.az 👈
🇦🇿Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub
Mədəniyyət naziri Adil Kərimli Birinci vitse-prezident Mehriban Əliyevaya və ailə üzvlərinə teatr haqqında məlumat verdi.
Mövcud vəziyyətlə tanışlıq zamanı binada görülməli olan zəruri təmir işləri barədə də məlumat verildi.
“Milli Kibertəhlükəsizlik İndeksi” təqdim olunub
Ətraflı Web Saytımızda: http://bakues.az 👈
❗️COP29 əleyhinə "X" platformasında saxta profillərdən koordinasiya olunmuş şəkildə kampaniya aparılır.
Vətəndaşlarımızı və beynəlxalq ictimaiyyəti bu tip çaşdırıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq | MEDİA və Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası
❗️Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə noyabrın 2-3-ü gecə və səhər gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Ətraflı Web Saytımızda: http://bakues.az 👈
❗️Noyabrın 3-dən hava dəyişəcək, temperatur 7-10 dərəcə enəcək – XƏBƏRDARLIQ
Ətraflı Web Saytımızda: http://bakues.az 👈
❗️DSX: COP-29-a viza ilə gələn xarici vətəndaşlar üçün sənədlərin rəsmiləşməsi 45, yerli vətəndaşlar üçün 30 saniyə nəzərdə tutulur
Читать полностью…❗️Generalın adını daşıyan küçə təhlükə saçır: “Aidiyyatı qurum nə işlə məşğuldur?!” – ŞİKAYƏT
Ətraflı Web Saytımızda: http://bakues.az 👈
🇦🇿Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılan abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Bakues.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına paytaxtda Puşkin küçəsinin Azadlıq prospekti ilə birləşməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində – Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə görülmüş işlər barədə məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb.
Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar, həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.
🇦🇿Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət rəisi General-leytenant Elşən Verdiyevin iştirakı ilə mediatur keçirilir.
Читать полностью…🇦🇿İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun 28 May stansiyasının qarşısında aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
Читать полностью…❗️Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Fərid Mustafayevə “saxla” işarəsi verilib.
Araşdırma zamanı onun narkotik vasitə olan marixuanının təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.
F.Mustafayev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarına əsasən 15 sutka inzibati qaydada həbs edilib.
DİQQƏT❗️Bu gecə saat 00:00-dan etibarən COP29 zolaqlarına avtomobillə daxil olmağın cəriməsi: 100 manat + 3bal
Читать полностью…❗️Abşeron gənclər şəhərciyində güclü yanğın məhdudlaşdırılıb
Ətraflı Web Saytımızda: http://bakues.az