❗️Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı:
"Narin balamıza görə mütləq hesab çəkəcəyik. Məsələni şəxsən təqib edəcəyəm".
❗️Masallıda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Sentyabrın 7-si saat 14 radələrində altıaylıq Nilay Tural qızı Bədəlbəyli yaşadığı Masallı şəhəri Digah küçəsindəki evdə faciəvi şəkildə vəfat edib.
Belə ki, körpənin başı uşaq arabasının konstruksiyasının arasına keçib və o boğularaq ölüb.
Faktla bağlı Masallı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Xanımlar üçün 21 günlük meditasiya proqramı. 5-7 kq çəki ata biləcəyiniz marafona siz də qoşulun. Hal-hazırda qiymət 1 nəfər üçün 12 AZNdır❗️Kampaniya 48 saat davam edəcək. Daha sonra qiymət 30 AZN olacaq
Marafona qoşulmaq üçün Əlaqə👇🏻
Whatsapp
❗️MSK: “Sosial şəbəkələrdə seçki prosesində qanun pozuntusuna yol verilməsi ilə bağlı 508 görüntü yayılıb.
Görüntülərə ciddi şəkildə baxılacaq. Komissiya görüntüləri izləyir və yekdil fikir qəbul ediləcək”.
✍️İlham Əliyev Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2024-cü ilin dekabr ayında Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 100 ili tamam olur.
Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustasıdır.
Çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etmiş və daim ülvi ideallarla yaşamağa çağırmışdır. Azərbaycan xalqının tarixi-mədəni yaddaşının bir çox səhifələri onun yüksək vətəndaşlıq qayəsindən yoğrulan əsərlərində öz bədii təcəssümünü tapmışdır. Təbiət gözəlliklərinə vurğunluq və doğma torpağa bağlılıq hissləri aşılayan Nəbi Xəzri poeziyası dərin lirizmi, ifadə tərzi və həyata fəlsəfi münasibəti ilə səciyyələnir. Nəbi Xəzrinin dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş və müəllifinə şöhrət qazandırmışdır. Nəbi Xəzri eyni zamanda ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görmüşdür.
Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Nəbi Xəzrinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
❗️Səhiyyə Nazirliyi COP29-la bağlı tədbirlərə cəlb olunan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır
Читать полностью…❗️Sülh müqaviləsi çərçivəsində Bakıda həbsdə olan ermənilərin qaytarılması müzakirə edilmir - Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Читать полностью…🇦🇿 XİN: Ermənistanın silahlanmasının regional sülh və təhlükəsizliyə necə təhdid olduğunu anlamaq çətin deyil.
Читать полностью…❗️Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ictimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, Eşqin Qasımov məlumat verib.
O bidlirib ki, Şəhər sakini N. Həsənov barəsində toplanılmış material aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.
💧Bakının iki qəsəbəsində və 20-ci sahədə su olmayacaq
Sentyabrın 3-də, saat 06:00-dan 21:00-dək Bakının Bibiheybət və Şıx qəsəbələri, 20-ci sahənin Elçin Əzizov, Ömər Faiq Nemanzadə, Gülbala Əliyev küçələrinin bir hissəsi, Hüseynbala Əliyev, Oqtay Daşdəmirov, Çernyaxovski küçəsi, Mixail Lermontov, Dağlıq küçələri, 4-cü və 6-cı mədən ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
Fasilə Bibiheybət şosesindən Lökbatan dairəsinədək magistral su xəttinin dəyişdirilməsi layihəsi çərçivəsində görüləcək işlərlə bağlıdır.
❗️Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə “BakuEs” TASS-a istinadən xəbər verir.
Paşinyan bildirib ki, İrəvan indi Bakı ilə birbaşa danışıqlara üstünlük verir. O hesab edir ki, Azərbaycanla birbaşa danışıqlar müsbət nəticələr verir.
Paşinyan, həmçinin bildirib ki, danışıqları davam etdirmək üçün Ermənistan və Azərbaycan sərhədində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazırdır.
❗️Bu açıqlamanı BakuEs-in sorğusuna cavab olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli verib:
"Sosial şəbəkədə yayılmış videogörüntü ilə əlaqədar hazırda Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində araşdırma aparılır".
🇦🇿🇰🇬❗️Prezident İlham Əliyev Sadır Japarova Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb
Читать полностью…📱"iPhone 16" təqdim edildi
Smartfonun ultramarin, çəhrayı, mavi, qara və ağ rənqləri mövcuddur. Telefonun iki kamerası var.
Qrafika da daha güclü və sürətli oldu. Başqa sözlə - hər cəhətdən yeni, təkmilləşdirilmiş prosessor quraşdırılıb.
❗️Xudat şəhərində azyaşlı anası tərəfindən döyülüb.
Hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb.
Belə ki, Qusar rayon sakini 7 yaşlı Zəhra Camal qızı ailəsi ilə birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyülüb.
Hadisəyə səbəb isə azyaşlı Zəhranın dərslərinə hazırlaşmaması olub.
Yaralı ağır bədən xəsarətləri ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
❗️🇦🇿🇹🇷🇬🇪Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstana səfər edib.
Görüşlərdə ikitərəfli və üçtərəfli formatda birgə hərbi əməkdaşlığın yeni perspektivlərinin, eləcə də regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılıb.
DƏHŞƏT❗️Sumqayıtda 21 yaşlı tələbə 7-ci mərtəbədən yıxılaraq ölüb
Sumqayıtda 9-cu mikrorayonda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.
2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları bınanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
F. İsmayılov universitet tələbəsi olub.Fakt araşdırılır.
🇦🇿İlham Əliyev: Azərbaycan üçün Astanada Ermənistanla sülh müqaviləsi üzrə danışıqların aparılması təklifi məqbuldur.
Читать полностью…❗️Bu gün Biləsuvar rayonunda masaj edilərkən ölən iki yaşlı Nəzrinin atası danışıb.
Shownews az-ın xəbərinə görə, uşağın atası Emin Qubadlı bildirib ki, uşaq axsadığına görə sınıq və ya çıxığın olduğunu düşünüb xəstəxanaya aparıblar.
“Rentgen müayinəsindən sonra bildirildi ki, belə bir problem yoxdur, damar dolaşması uşaqda narahatlıq yaradıb. Bundan sonra masaja görə Nərgiz İmanovanın yanına apardım və o, uşağı sağaldacağını boynuna götürdü. İkinci gün masaj zamanı uşaq ağrıdan şok keçirərək öldü”.
🇦🇲Ermənistan XİN: İrəvan və Bakı sülh müqaviləsinin 16 maddəsinin 13-ü üzrə razılığa gəlib, saziş ən qısa zamanda imzalana bilər
Mənbə: Ermənistan KİV
🇦🇿❗️Azərbaycan XİN: Ermənistan Baş nazirinin normallaşma ilə ziddiyyət təşkil edən açıqlamaları təəssüf doğrurur
•Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialar tamamilə yanlışdır. Bu məsələdə Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir.
•Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır.
•Məhz buna görə də, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.
•Bununla yanaşı, Baş nazirin Ermənistanın kütləvi silahlanma səylərinə bəraət qazandıran zaman səsləndirdiyi iddialar heç bir halda həqiqəti əks etdirmir.
•Azərbaycanın guya İtaliyadan silah aldığı barədə Baş nazir tərəfindən səslənən iddia həqiqəti əks etdirmir.
•Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə öz əməlləri ilə və real addımlara hörmət etdiyini göstərməlidir.
❗️Bu məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.
Sentyabrın 1-i saat 6:00-dan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində (K.Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.
❗️Seçki günü "ASAN xidmət" mərkəzləri işləməyəcək.
Vətəndaşlar həmin gün yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilər.
1 sentyabrda Azərbaycanda Parlament seçkiləri keçiriləcək.
❗️Bakıda avtomobil piyadanı vurub, sıxlıq yaranıb
Bakının Yasamal rayonu, Kənar Dairəvi yol ilə Nazim Hikmət küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, qəza səbəbindən Yeni Yasamal istiqamətində sıxlıq yaranıb.
🇦🇲Paşinyan: COP29-da iştirakım həmin dövrdə formalaşacaq vəziyyətlə əlaqəli olacaq. Bu barədə yekun qərar verməmişəm.
Читать полностью…❗️Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edən paraüzgüçümüz Raman Salei də bu gün mübarizəyə qoşulub.
İdmançımız S12 kateqoriyasında 100 m məsafəyə arxası üstə üzmə üsulunda ümumi sıralamada ikinci pillədə (1:01.29) qərarlaşaraq finala vəsiqə qazanıb.
Final görüşü bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
❗️🚁 Rusiyada Mi-8 helikopteri radarlardan itib.
📌 Hadisə Kamçatkada Vaçkajets vulkanı ərazisində baş verib.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 22 nəfər olub. 3 ekipaj üzvü və 19 turist
❗️Xəbərlərdən anında xəbərdar olmaq üçün bizi "Whatsapp" kanalımızdan izləyin
👉 Bura tıklayın 👈