baku_es | Неотсортированное

Telegram-канал baku_es - BakuES

187480

Operativ Xəbər kanalı 🌐 https://instagram.com/baku.es 🌐 https://www.facebook.com/baku.ess 🌐 https://bakues.az 🌐 https://www.tiktok.com/@bakuesaz 🌐 https://whatsapp.com/channel/0029VaCPb25A2pL3qXOUXz1n Reklam üçün WP: 070-584-84-0

Подписаться на канал

BakuES

❗️Türkiyənin Tokat şəhərində 5,6 maqnitudalı zəlzələ baş verib.

Читать полностью…

BakuES

ABŞ İrana qarşı sanksiyaları genişləndirib.

Читать полностью…

BakuES

Elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinə dair tədbirdə çıxışında qeyd edib: "Məktəbin daxilində problemi həll etmək, onu nazirliyə daşımamaq daha düzgün olar. Bu baxımdan məktəblinin dostu məktəbə yardımçıdır".

Читать полностью…

BakuES

🇰🇬 Qırğızıstanda TikTok bağlanıb

Məlumatı Rəqəmsal İnkişaf Nazirliyinin mətbuat xidməti təsdiqləyib.

Rusiyada da bir gün əvvəl TikTok-un bloklanmasını təklif etdilər. Təklif Sosial Şəbəkələrin və Messencerlərin Peşəkar İstifadəçiləri Assosiasiyasından gəlib.

Roskomnadzor müraciətə mayın 8-dək baxacaq.

Читать полностью…

BakuES

XİN: Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir.

Читать полностью…

BakuES

Atamın heç bir xəstəliyi yox idi. Ölümü çox ani oldu”.

Bunu BizimMedia-ya sabiq deputat Hadi Rəcəblinin oğlu Tural Rəcəbli bildirib.

O qeyd edib ki, xəbəri eşidən kimi Moskvadan Bakıya uçub: “Hazırda aeroportdayam. Atamla danışırdıq, çox yaxşı idi. Ölümü qəfildən oldu. Heç bir xəstəlikdən əziyyət çəkmirdi, narahatlığı yox idi. Analizlər də vermişdi. Biz ürəyindən şübhələnirik”.

Onun sözlərinə görə, Hadi Rəcəbli bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, H. Rəcəbli I-V çağırış Milli Məclisin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.

Читать полностью…

BakuES

🇮🇷❗️Güclü leysan yağışlar İranın cənub-şərqində Bəlucların məskunlaşdığı Sistan və Bəlucistan əyalətinin bir sıra şəhərlərində daşqınlara səbəb olub.

Читать полностью…

BakuES

❗️ İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib

Читать полностью…

BakuES

❗️116 milyon manatlıq NARKOTİK yandırıldı.

Читать полностью…

BakuES

SON DƏQİQƏ❗️Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib. 

Читать полностью…

BakuES

Xəbər verdiyimiz kimi, 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Maksimum bal toplayan 39 şagirddən 6-sı kənd məktəblərində təhsil alanlardır.

Читать полностью…

BakuES

Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən boş ərazidə ağacəkmə aksiyası həyata keçirilib.

Sözü gedən ərazi vaxtilə tikinti materialları və məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilmişdir. “IDEA” İctimai Birliyinin təşəbbüsü ilə həmin ərazi könüllülərin iştirakı ilə tullantılardan təmizlənib və torpaq qatının tökülməsi ilə rekultivasiya edilib.

Təəssüf ki, bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağının salınması və yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.

Читать полностью…

BakuES

Dubayda nadir hallarda baş verən güclü yağış yağıb

Читать полностью…

BakuES

İsrailin "Hizbullah"a qarşı PUA hücumu nəticəsində ölənlər və yaralananlar var.

Читать полностью…

BakuES

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz dövriyyədən çıxarılan və 1692 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 1 ton 925 kiloqram müxtəlif narkotik vasitə “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin ərazisində məhv edilib.

Читать полностью…

BakuES

Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 1058 qutu müxtəlif növ xarici markalı siqaretlər aşkar olunaraq götürülüb.

Hüquqpozmaya yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi üçün fakt üzrə araşdırma aparılır.

Читать полностью…

BakuES

Bu gün saat 16:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

❗️“ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”,- deyə məlumatda qeyd edilib.

Читать полностью…

BakuES

50 min manata satışa çıxarılan sininin 799-cu ilə aid olduğu iddia edilir.

Sininin üzərində ərəb əlifbası ilə yazılar var, müxtəlif naxış və insan təsvirləri çəkilib.

Читать полностью…

BakuES

Aprelin 19-na qədər hava dumanlı olacaq

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir

Gecə saatlarında buludluluğun az olması, yerüstü təbəqədə səthin soyuması, gündüz saatlarında havanın temperaturunun yüksək olması (inversiya) dumanın əmələ gəlməsinə səbəb olub.

Dumanlı hava şəraitinin aprelin 19-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Читать полностью…

BakuES

❗️Qarabağdan çıxan Rusiya sülhməramlılarının YENİ GÖRÜNTÜLƏRİ

Читать полностью…

BakuES

Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.

Читать полностью…

BakuES

Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib.

O, bu gün 76 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Читать полностью…

BakuES

❗️Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır

8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.

Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb və ağır xəsarətlər alıb.

Читать полностью…

BakuES

Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Fransa XİN "Azərbaycanın ikili münasibətlərə zərər vurduğu"nu bildirib.

Читать полностью…

BakuES

5 manatdan başlayan bütün qadın köynəklərini sizlər üçün yığmışıq

Link ✅👇🏻

https://ty.gl/6lfdv749s9

Читать полностью…

BakuES

📍 Tbilisi bu axşam.

🇬🇪 15 mindən çox insan parlament binasının qarşısına toplaşıb. Onlar "xarici agent"lərlə bağlı qanun layihəsinə etiraz edirlər.

Читать полностью…

BakuES

Dubayda insanları evakuasiya
edirlər

Читать полностью…

BakuES

Xocalı və Xankəndi ilə bağlı nazirdən EKSKLÜZİV AÇIQLAMALAR

Читать полностью…

BakuES

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır.

Mənbə/Reuters

Читать полностью…

BakuES

“Realmediaaz" internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakta görə Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsinə müvafiq olaraq hər iki şəxs barəsində polis idarəsində cinayət işi qaldırılaraq həbs edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

Qeyd edək ki, onlar ayrı-ayrı şəxslərə və şirkətlərlə dair neqativ məlumatların paylaşılacağı ilə bağlı hədə-qorxu gəlməsi, eləcə də paylaşılmış məlumatların silinməsi məqsədilə müxtəlif məbləğlərdə qanunsuz pul tələb etməkdə ittiham edilirlər.

Читать полностью…
Подписаться на канал