Ombudsman: Bakıda həbsdə olan separatçılara ailələri ilə telefon əlaqəsi saxlamaq imkanı yaradılıb.
Читать полностью…Elşad Hacıyev: “Sosial şəbəkədə azyaşlılar ailə üzvləri ilə bağlı məlumatları verirlər”
Читать полностью…🔸Xalq rəssamı Arif Şahbaz oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif edilib.
✍️ Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
📌 Qeyd edək ki, Xalq rəssamı Arif Hüseynovun bu gün 80 yaşı tamam olur.
Tovuzda mal-qara oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Tovuz Rayon Polis Şöbəsinə rayonun Azaflı kənd sakininə məxsus tövlədən ümumi dəyəri 7628 manat olan 31 baş xırda buynuzlu heyvanın oğurlanması barədə məlumat daxil olub.
Sumqayıtda 2 nəfəri qətlə yetirib
4 nəfərə xəsarət yetirən şəxs saxlanıldı
Oktyabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. Onlar qonşu olublar.
🇦🇿Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Oktyabrın 30-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.
Türkiyə Hərbi Dəniz Qüvvələri ölkə tarixinin ən böyük paradını keçirib
Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) ölkə tarixinin ən böyük paradını keçirib.
“Yüzüncü ildə yüz gəmi” şüarı altında keçirilən paradı Türkiyə Respublikasının HDQ komandanı donanma admiralı Ercüment Tatlıoğlu ölkənin ən böyük “TCG Anadolu” amfibiya gəmisindən idarə edib.
Parad əsnasında Türkiyənin Hərbi Hava Qüvvələrinə aid təyyarələr İstanbul boğazı üzərində uçuşlar həyata keçirib.
Qeyd edək ki, Türkiyə Cümhuriyyəti bu gün 100-cü il dönümünü qeyd edir.
🇹🇷Səfir: Türkiyə öz sözünü deyən bir ölkəyə çevrilib
Bunu Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib.
İsrailin müdafiə naziri Qəzzada hərbi əməliyyatın uzun sürəcəyini bildirib
İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat uzun müddət çəkəcək və böyük səbr tələb edəcək.
Bunu İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant bildirib.
“Bu müharibə qısa olmayacaq. Uzun müharibə olacaq. Bizə - hər bir insana, cəmiyyətə, rəhbərliyə səbr lazımdır, böyük emosional dözümlülük lazımdır. Və hər şeydən çox, təhlükəsizlik qüvvələrinə dözüm və möhkəmlik lazımdır", - o deyib.
Büyüde Gel - komediya
Telegramin ən məşhur film kanalına hərkəsi dəvət edirik
👇👇👇👇👇👇
t.me/+2iVUY5s503pkNmM6
Noyabr 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini - Zəfər Gününü Xankəndidə qeyd edəcək. (KİV)
Читать полностью…Xankəndi-Şuşa istiqamətində kustar üsulla hazırlanmış atəş qurğuları aşkarlanıb
Qarabağ bölgəsində əraziyə baxış zamanı qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus üç ədəd özüyeriyən artilleriya qurğusu aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Xəbərə görə, bu zirehli texnika T-72 tankının mühərriki ilə təchiz edilmiş dartıcının üzərinə artilleriya topunun kustar üsulla quraşdırılması ilə hazılanıb. Qeyd edilib ki, bu qurğu 1951-ci ildə istehsal edilmiş mərmilərlə 17.5 km məsəfəyə atəş açmaq imkanına malikdir.
Xankəndi-Şuşa istiqamətində yerləşən atəş mövqelərində aşkar edilmiş bu qurğuların lokal xarakterli antiterror tədbirləri zamanı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərini atəşə tutmaq məqsədilə istifadə edilməsi istisna deyil.
Prezident Ağbənd yolunun İranla bağlantısı və körpü tikintisinin davam etdirilməsinə 14 milyon manat ayırıb.
Читать полностью…❗️Daxili İşlər Nazirliyi vətəndaşları qanunsuz saxlanılan odlu silahları təhvil verməyə çağırıb.
Читать полностью…Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən Bakı şəhəri Sabunçu rayon sakini Samir Dadaşov Lənkəran-Lerik yolunun 50-ci kilometrliyində saxlanılıb.
Keçirilən baxış zamanı onun əlindəki çantadan 1 ədəd "Kalaşnikov" markalı avtomat və həmin silaha aid 15 ədəd patron aşkarlanıb.
Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.
Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanır
İzdihama səbəb İsraildən enməsi planlaşdırılan təyyarədir.
Məlumata görə, hava limanı yaxınlığında yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər. Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır.
🗣️ ABŞ-də prezidentliyə əsas namizədlərdən biri olan Donald Tramp seçkidə udacağı təqdirdə tələbə vizalarını ləğv edəcəyini və Fələstinə dəstək verən bütün əcnəbi tələbələri ölkədən deport edəcəyini bildirib.
Читать полностью…1923 metrlik türk bayrağı belə görüntüləndi
Bu gün Qazi Mustafa Kamal Paşanın miras qoyduğu Türkiyə Cümhuriyyətinin 100 yaşı tamam olur. Bu tarix bütün türk dünyasında coşğu ilə qeyd olunur.
Bu münasibətlə Kocaelidə keçirilən Cümhuriyyətin 100 illiyi şənliklərində dənizdə 1923 kvadratmetrlik nəhəng bayraq açılıb.
Şahdağ Milli Parkında yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Qəmərvan kəndi yaxınlıqda Şahdağ Milli Parkının dağlıq-meşəlik ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
⚡️XİN: "Mustafa Kamal Atatürk və onun silahdaşlarının əziz xatirəsini hörmətlə anırıq"
Читать полностью…Bakıda keçirilən Musiqi Forumunda Xalq artisti Zeynəb Xanlarova da iştirak edib.
Sənətçi müxbirlərin suallarını cavabsız qoyub. O, bunun səbəbini isə belə izah edib:
“Kəlmə də kəsmərəm, And içmişəm heç nə danışmayacağam. Mən danışıram, başqa cür yazırsınız. Evdə söz vermişəm ki, danışmayacağam”.