baku_es | Неотсортированное

Telegram-канал baku_es - BakuES

187480

Operativ Xəbər kanalı 🌐 https://instagram.com/baku.es 🌐 https://www.facebook.com/baku.ess 🌐 https://bakues.az 🌐 https://www.tiktok.com/@bakuesaz 🌐 https://whatsapp.com/channel/0029VaCPb25A2pL3qXOUXz1n Reklam üçün WP: 070-584-84-0

Подписаться на канал

BakuES

Azərbayanlı “Qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun 2020-ci ildə Türkiyənin Antalya şəhərində qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi davam edir.
Manavqat 2-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslər Rəsul Həsənov və Əli Mövlamlı məhkəmə zalında iştirak edib.
Qətlə görə digər təqsirləndirilənlər Xaqan Zeynalov, Əmir Həmidli, başqa bir cinayətdə təqsirli bilinən Ümid Nəcəfov isə prosesə saxlanıldıqları həbsxanadan onlayn olaraq qatılıblar.
Ev dustaqlığında olan Cəmil Keleş, Erkan Aşan və Nürsen Arasoğlu iclasa qatılmayıb.
İclasda prokuror işin mahiyyəti ilə bağlı fikirlərini açıqlayıb. O, Nadir Səlifovun qətlinin digər azərbaycanlı “Qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) qisasının alınması məqsədilə törədildiyini açıqlayıb.
Prokuror mahiyyəti üzrə rəyində bildirib ki, Rövşən Canıyevin qətlindən sonra onun qardaşı Namiq Caniyev tərəfindən yeni təşkilat yaradılıb.
Prokuror Cəfər Əlizadə, Namiq Canıyev, Xanımnisə Məmmədova və Camal Həsənov barəsində çıxarılmış həbs-qətimkan tədbirinin icrası mümkün olmadığından onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılmasını istəyib. O, digər təqsirləndirilən şəxslər Əli Mövlamlı, Əmir Həmidli, Cəmil Keleş, Erkan Aşan, Xaqan Zeynalov, Nürsen Arasoğlu, Rəsul Həsənov, Ümid Nəcəfovun qəsdən adam öldürmə cinayətinə görə ayrı-ayrılıqda ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
İclasda çıxış edən təqsirləndirilən şəxslər hadisədə iştirak etmədiklərini iddia edərək, azadlığa buraxılmalarını və bəraət hökmünün çıxarılmasını tələb ediblər. Vəkilləri müdafiəyə hazırlaşmaq üçün vaxt istəyiblər.

Читать полностью…

BakuES

Penitensiar xidmətin qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısa müddətli səfərə buraxılıblar.  Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməmiş, məhkumlar yaxınları ilə görüşmüş, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıtmışlar. 
Məlumatımıza əsasən indiyədək 8 nəfər məhkum ailə üzvlərini ziyarət etmiş və geri qayıdıb.

Читать полностью…

BakuES

"200 manatım yox idi ki yanıma adam çağırım?"

Читать полностью…

BakuES

🇹🇷🇷🇺 Ərdoğanla Putin arasında telefon danışığı olub.

❗R.T.Ərdoğan və V.Putin həmçinin Yaxın Şərqdəki durum barədə danışıblar. Türkiyə Prezidenti bildirib ki, Qərbin sükutu Qəzza zolağında görünməmiş humanitar böhrana səbəb olub.

Читать полностью…

BakuES

BQXK Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərinə baş çəkib

Oktyabr ayında BQXK əməkdaşları Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkiblər.

Qeyd olunub ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb.
Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

Читать полностью…

BakuES

İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

Читать полностью…

BakuES

Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün qeyd olunan rüsumun 20 manatdan 15 manat-a azaldılması təklif edilir.

Bununla yanaşı, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manatdan 20 manata,

- bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manatdan 30 manata,

- bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manatdan 40 manata,

- bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manatdan 50 manata,

bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manatdan 70 manata,

bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manatdan 100 manata .

Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar – 20 manatdan 15 manata.

Читать полностью…

BakuES

MN: Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən Azərbaycan-Türkiyə birgə taktiki təliminə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub

Читать полностью…

BakuES

Qax rayonunun Fıstıqlı kəndində bir gecədə iki mağazadan oğurluq edilməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Gecə saatlarında obyektlərə daxil olan naməlum şəxs kassalarda olan ümumilikdə 2 min manata yaxın pulu, danışıq kartlarını, siqaretləri və “nisyə dəftər”lərini oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Tofiq Mirzəyev saxlanılıb.

Saxlanılan şəxs ifadəsində əməli törətdikdən sonra paytaxta getdiyini, əldə etdiyi pulları əyləncə mərkəzlərində xərclədiyini bildirib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Читать полностью…

BakuES

Şahid: “Xaçatryanın Meşəli sakinini baltaladığını gördüm”

“Vaqif Xaçatryan ittihamları qəbul etməsə də, Meşəli sakini Qəniməti baltalayıb”.   Bizim.Media xəbər verir ki, bu fikirləri Vaqif Xaçatryanın bu gün keçirilən məhkəmə iclasında zərərçəkmiş Alış Alışov deyib.  
“Atışma başlayanda mən kənddə idim. Rəhmətlik Novruzun evinin üstündə Vaqif Xaçatryan digər dəstə üzvləri ilə birgə toplaşmışdılar. Onları rəhmətlik Qəniməti Sadayın evində balta ilə vuranda görmüşəm”.  Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Xaçatryanın vəkili Radmina Abulovadır. 

Читать полностью…

BakuES

Xankəndi stadionu Azərbaycan Premyer Liqasının oyunlarını gözləyir.

Читать полностью…

BakuES

Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi keçiriləcək.

Читать полностью…

BakuES

Fransa və Ermənistanın müdafiə nazirləri bir sıra sənədlər imzalayıblar.

Görüşdə Ermənistanın müdafiə potensialının artırılması barədə müzakirələr aparılıb

Читать полностью…

BakuES

“3+3” iclasının yekunu üzrə 9 bənddən ibarət birgə bəyanat qəbul edilib:

Bəyanat suverenliyə və ərazi bütövlüyünə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, təhdidlərin və ya güc tətbiqinin qadağan edilməsi və digər məsələlərə həsr olunub. Bəyanatda Cənubi Qafqaz ölkələri arasında mədəni və iqtisadi əməkdaşlığın vacibliyi də vurğulanıb.

Читать полностью…

BakuES

Gəncədə sərnişin avtobusunun aşdığı an

Читать полностью…

BakuES

Samuxda əsgərlikdən təzə gələn gənc intihar edib.

Ha
disə rayonun Kolayır kəndində qeydə alınıb. Belə ki, əsgərlikdən təzə gələn gənc naməlum səbəblərdən özünü asaraq intihar edib.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.

Читать полностью…

BakuES

"Lotu Quli"nin qətlinə görə tutulanlara ağır cəza istənilib, Rövşən Lənkəranskinin qardaşı axtarışa verilib

Türkiyədə öldürülən azərbaycanlı avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətli ilə bağlı məhkəmə prosesi davam etdirilib.

Bakues “Doğan” Agentliyinə istinadən xəbər verir ki, Manavqat 2-ci Ağır Cəza Məhkəməsində prokuror ittiham nitqi ilə çıxış edib. O, təqsirləndirilən Xaqan Zeynalovun, Əmir Həmidlinin, Əli Mövlanlının, Rəsul Həsənovun ömürlük azadlıqdan məhrum edilmələrini tələb edib.

Həmçinin prokuror çıxışında bu işlə əlaqəsinin istintaq dövründə sübuta yetməsi səbəbindən Namiq Canıyev (mərhum Rövşən Lənkəranskinin qardaşı), Cəfər Əlizadə, Xanımnisə Məmmədova, hazırda Bakıda həbsdə olan Camal Həsənovun cinayət işinin ayrıcı icraata götürülməsini istəyib və onların beynəlxalq axtarışa verildiyini qeyd edib.

Читать полностью…

BakuES

Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Qalib Yusubov həbs edilib.

O, 20 il əvvəl törədilən qətlə görə ittiham olunur.
Öldürülən şəxsin Aleksey Zirin olduğu müəyyənləşib. 2003-cü ildə yoxa çıxan iş adamının meyiti Puşkinski rayonundakı meşə zolağında basdırılıbmış.

Məlumata görə, Qalib Yusubov rəqibini təsir dairəsini gücləndirmək məqsədi ilə qətlə yetirib. Artıq onunla bağlı həbs qətimkan tədbiri seçilib.

Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, cinayətdə şəriklər müəyyənləşdirilir və onların tutulması üçün tədbirlər görülür.

Читать полностью…

BakuES

BQXK Vardanyan, Araik və digər separatçılara baş çəkib, onlara ailələri ilə əlaqə imkanı yaradılıb

Читать полностью…

BakuES

"Mustafa Kamal Atatürk- 2023" birgə taktiki təlimdə "BAYRAKTAR TB-2" nümayiş etdirilib

Читать полностью…

BakuES

DİN: Ağdamda azad edilmiş ərazidə xeyli silah-sursat tapılıb.

Belə ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Çullu kəndi ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 minaatan qurğusu, 7 pulemyot, 4 avomat, xeyli sayda müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Читать полностью…

BakuES

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə ölkəmizin müxtəlif ərazilərində daimi qeydiyyatda olan və faktiki olaraq yaşayan vətəndaşların da Xankəndiyə və Qarabağın digər yaşayış məntəqələrinə köçürülməsinin mümkünlüyü, bununla bağlı Dövlət Komitəsində və onun yerlərdəki nümayəndəliklərində yazılı müraciətlərin qəbul edildiyi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Bu barədə “Qafqazinfo”ya Komitədən məlumat verilib.
Bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil: “Dövlət Komitəsi yalnız məcburi köçkün vətəndaşların əvvəlki yaşayış yerinə qayıdışı məsələsi ilə məşğul olur və Böyük Qayıdış Proqramı çərçivəsində hazırda bərpa edilən, yenidən tikilən yaşayış məntəqələrinə sakinlərin köçürülməsi aparılır.

Bir daha qeyd edirik ki, Dövlət Komitəsi adından sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Читать полностью…

BakuES

Erməni silahlıların hücumunda 14 yaşında yaralanmış Meşəli sakini Vaqif Xaçatryanın məhkəməsində şikəst ayağını nümayiş etdirib

Читать полностью…

BakuES

Xaçatryan yenə yalan DANIŞDI:
"Mən silah götürüb Əziz kişini vurmazdım"

Читать полностью…

BakuES

❗️Vaqif Xaçatryanın növbəti məhkəmə prosesi başlayıb

Читать полностью…

BakuES

❗️“Meyvəli”də qəza olub, ölən var

1988-ci il təvəllüdlü Saleh Cəbrayılovun idarə etdiyi “Ford Transit” markalı avtomobillə Bədəl Bədəlovun idarə etdiyi “Lada Priora” markalı avtomobil toqquşub. Nəticədə Bədəl Bədəlov hadisə yerində ölüb.

Читать полностью…

BakuES

Hansı aparıcını bəyənirsiz ?

Читать полностью…

BakuES

Şəmkirdə 400 kv olan ev yanır

Hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alnıb.
Kənd sakininə məxsus 400 kvadratmetr olan fərdi yaşayış evində anidən yanğın olub.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zaman evin həyətində olan bir "Mercedes"markalı minik maşını da yanıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir

Читать полностью…

BakuES

Türkiyənin müdafiə naziri Azərbaycanda səfərdədir

Türkiyənin müdafiə naziri Azərbaycanda səfərdədir
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda səfərdədir.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, türkiyəli nazir Azərbaycanda həyata keçirilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimini izləmək və ikitərəfli danışıqlar aparmaq üçün Bakıdadır.

Yaşar Güləri hava limanında Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər hərbi nümayəndələr qarşılayıb.

Читать полностью…

BakuES

Hakan Fidan: Regional sabitliyin yolu Azərbaycan-Ermənistan sülh müqaviləsindən keçir

Regional sabitliyin yolu Azərbaycan və Ermənistan arasında imzalanacaq əhatəli bir sülh müqaviləsindən keçir.

Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Tehranda “3+3” platformasının XİN rəhbərlərinin iclasında bildirib.

O, regional kommunikasiyaların açılmasının normallaşma və sülh prosesini sürətləndirəcəyini vurğulayıb.

Читать полностью…
Подписаться на канал