Qəzzada ölənlərin sayı 4000-i ötüb.
Oktyabrın 7-dən bu günə qədər Qəzzada dünyasını dəyişən fələstinlilərin sayı 4218 nəfərə çatıb.
Bu barədə məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.
Daha 14 400 nəfərin isə yaralandığı bildirilir.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Prezident ödənişli yeni avtomobil yolunun açılışını edib
İlham Əliyev oktyabrın 20-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib.
❗️Lənkəranda çayda balıq tutan gənci elektrik cərəyanı vuraraq öldürüb
Lənkəran şəhər sakini, akademik Zərifə Əliyeva küçəsi ev 80 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Aslanlı Fərid Rahim oğlu ərazidən keçən Girdəniçayda balıq turarkən ehtiyatsızlıqdan əlindəki balıq tutan alət 11 metr hündürlükdə 10 min voltluq elektrik cərəyanı xəttinə ilişib. Cərəyan vuran F.Aslanlı çaya düşüb.
Noyabrda 5 gün ardıcıl iş olmayacaq
2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.
8 Noyabr Zəfər Günü, 9 Noyabr Bayraq Günü, 11-i və 12-i isə həftəsonu olduğu üçün, 5 gün ardıcıl qeyri-iş günü olacaq.
Bakıda gəlinini güllələyən kişi tanınmış şəxs imiş
Dünən Bakıda gəlinini güllələyərək qətlə yetirən 88 yaşlı Yaşar Dadaşov xəstəxanada dünyasını dəyişib.
57 yaşlı Gülnarə Dadaşovanı qətlə yetirdikdən sonra sirkə turşusu içən Y.Dadaşov bu gün yerləşdirildiyi xəstəxanada vəfat edib.
Digər məlumata görə, Yaşar Dadaşov tanınmış şəxsdir. O, Azərbaycanın məşhur dənizçilərindən biridir və 2003-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Belə ki, 1935-ci ildə Bakıda anadan olan Y.Dadaşov 1951-ci ildə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinə daxil olub. 1955-ci ildən dənizçilik fəaliyyətinə başlayan Yaşar Dadaşov gəmi kapitanı kimi uzun illər xarici sularda üzüb. O, bir çox orden və medallara layiq görülübmüş.
Qeyd edək ki, Y.Dadaşov hadisədən sonra gəlinini ailə münaqişəsi zəminində qətlə yetirdiyini bildirib.
Kriminal avtoritetin qardaşı Naxçıvanda öldürüldü
Ötən gün Şərurda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Trend xəbər verir ki, rayonun Yengicə kəndində qeydə alınan hadisəni törədən 1994-cü il təvəllüdlü Elvin Zaxarov qətlə yetirilən 1973-cü il təvəllüdlü Fariz Ağayevin yanında işləyib.
İlkin mübahisə pul üstündə düşüb. Mübahisə zamanı tərəflər bir-birlərinə söyüş söyüb. Daha sonra Elvin Zaxarov bıçaqla kənd meydanına gələrək Fariz Ağayevi qətlə yetirib.
Qətlə yetirilən Fariz Ağayev kriminal aləmdə "Dana Vüqar" kimi tanınan, məhkum olunmuş Vüqar Ağayevin qardaşıdır.
İrşad whatsApp kanalı açdı! 😍 Artıq #İrşad rəsmi #WhatsApp kanalı fəaliyyətə başladı. 🤩 Kampaniyalardan, #sərfəli qiymət və sənə uyğun şərtlərdən dərhal xəbərdar olmaq üçün rəsmi kanaldan izlə! Cümədən bazara endirimlərində əla fürsətləri kanaldan izlə, al, faydalan!
Qoşulmaq üçün: bit.ly/irshadwhatsapp
#irshad #seneuyghun
Ceyhun Bayramov Avropa ölkələrinin səfirləri ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa ölkələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.
görüşdə Azərbaycan ilə Avropa ölkələri arasında münasibətlərin cari vəziyyəti və perspektivləri, Azərbaycanın son anti-terror tədbirlərindən sonra regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesindəki mümkün inkişaf perspektivləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin 10 noyabr Üçtərəfli Bəyatının imzalamasından bəri müxtəlif platformalarda öz suveren ərazilərində qanunsuz Ermənistan silahlı qüvvələrinin mövcudluğu məsələsini dəfələrlə qaldırdığını, bunun əsas təhdid mənbəyi olduğunu xatırladaraq, ölkəmizin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi legitim antiterror tədbirlərinin bölgədə sülh və sabitlik üçün əhəmiyyətini diqqətə çatdırıb.
❗️İtaliya istehsalı Plexr cihazı ilə “Xallar”, “Papillomalar”, “Ziyillər”, və s. dəri törəmələrinin və çapıq izlərinin
ağrısız, qansız,iz qalmadan aradan qaldırılması.
Əlaqə üçün: 050-250-90-40
Ünvan: Aşıq Ali 2A (Şəhər Bağları yaşayış kompleksinin yanı)
Ərdoğan İsraili əməliyyatları dərhal dayandırmağa çağırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili hücumlarının miqyasını genişləndirməyərək, əməliyyatları dərhal dayandırmağa çağırıb.
Bu barədə ölkə başçısının “X” sosial şəbəkəsindəki rəsmi hesabındakı paylaşımında deyilir.
O, bütün dövlətləri və beynəlxalq təşkilatları Qəzzada humanitar atəşkəsin tezliklə bərqərar edilməsi təşəbbüsləri səmimi şəkildə dəstəkləməyə dəvət etdiyini də bildirib: “Türkiyə daha çox günahsız insanın qanının tökülməsinin, daha humanitar böhranların qarşısını almaq və Fələstindəki münaqişələrin dönüşü olmayan nöqtəyə çatmadan həlli üçün üzərinə düşəni etməyə davam edəcək”.
Özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova həbs edilib.
O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib.
Lavrovla Ceyhun Bayramov arasında telefon danışığı olub
Xarici İşlər Nazirləri ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmi müzakirə ediblər.
"3+3" məsləhət regional platformasının fəaliyyəti ilə bağlı yanaşmalar nəzərdən keçirilib.
Sonrakı təmaslar barədə razılığa gəlinib.
“Bakıda parklanma və tıxac problemi yaşanır”.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, əvvəllər vətəndaşlar parklanma üçün gün ərzində 1-2 manat ödəyirdisə, indi 8-10 manat ödəməli olurlar: “Avtomobili saxlamaq üçün yer tapa bilməyən vətəndaşlar isə maşınları binaların həyətlərində saxlayırlar. Bu da bina sakinlərinə əlavə problemlər yaradır. Hesab edirəm ki, gələcəkdə aidiyyəti qurumlarla ictimai dinləmələr keçirə və problemlərin həlli üçün işlər görə bilərik”.
Deputat parklanma yerlərində elektromobillərin doldurulması üçün məntəqələrin yaradılmasını da təklif edib.
❗️“Bəzi Avropa ölkələri müstəmləkəçilik siyasətini davam etdirir. Eyni zamanda hərbi gücdən də istifadə edir”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
"Bu gün biz müstəmləkəçiliklə mübarizə ilə bağlı çoxlu fikirlər eşitdik. Azərbaycan siyasi azadlıq sahəsində səylərini, mübarizəsini və ambisiyalarını davam etdirəcək. Biz burada səslənən fikirləri BMT və digər beynəlxalq təşkilatlar səviyyəsinə qaldıracağıq. Mənim ölkəm uzun illər müstəqillikdən məhrum edilib. Biz dövlət olaraq işğalın nə olduğunu bilirik”, - o vurğulayıb.
Bakıda qrup halında narkotik qəbul edilən 5 məkan aşkarlandı
Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir - silah və narkotik vasitələr aşkarlanıb.
DİN-dən verilən məlumata görə, paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 19-da keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 51 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 82 nəfər saxlanılıb. Narkotik vasitələrin qrup halında qəbul edildiyi daha 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Bundan əlavə saxlanılan şəxslərdən 1 ədəd “Kalaşnikov” avtomatı, 4 ədəd patron və patron darağı aşkar olunaraq götürülüb. Aşkarlanan faktlarla bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri tədbirlər davam etdirilir.
DİQQƏT❗️Kanallarda hekayə paylaşımı aktiv olması üçün "PREMİUM" istifadəçilər "Güçlendir" butonuna keçid etməlidir.
👇👇
/channel/baku_es?boost
🇦🇿 Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda dövlət katibi köməkçisinin müavini Coşua Hakı qəbul edib.
Qarabağda partlayıcı qurğularla dolu anbarlar aşkarlanıb
MN: Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı içərisində xeyli sayda müxtəlif təyinatlı mina və kustar üsullarla hazırlanmış əldəqayırma partlayıcı qurğularla dolu anbarlar Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilib.
Aşkar edilmiş anbarlarda mövcud minaların bir qisminin 2021-ci ildə Ermənistanda istehsal olunduğu, əldəqayırma partlayıcı qurğuların isə artilleriya mərmilərindən kustar üsullarla hazırlandığı müəyyən edilib.