Paşinyan: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb”
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) vasitəçiliyi əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlandığını açıqlayıb.
Bu barədə o, Litvanın Baş naziri İnqrida Şimonite ilə birgə brifinq zamanı bildirib.
“Vurğulamaq istərdim ki, mənimlə Azərbaycan Prezidenti arasında Brüsseldə keçirilən görüşlər zamanı Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi hazırlanıb. Bu, Qranadada imzalanan dördtərəfli bəyanatda da öz əksini tapıb”, - o deyib.
Ermənistan hökumətinin başçısı hesab edir ki, tərəflərin bu yol xəritəsinə sadiqliyi sülh prosesini sürətləndirəcək.
Vətən müharibəsi şəhidi Elməddin Xasayevin xanımı vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Şəhid xanımının xəstəlik səbəbi ilə dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, şəhid Elməddin Xasayev 1980-ci il fevralın 12-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. Sentyabrın 27-də müharibənin birinci saatlarında Füzuli döyüşləri zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib.
Elməddin Xasayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. İki övladı vətənə əmanət qalıb.
Nikol Paşinyanı Avropa Parlamentində ayaqda alqışlarla qarşıladılar. Buna qədər yalnız Zelenski belə alqışlanmışdı. Avropa siyasəti belədir – Paşinyan onların maraqlarına cavab verdiyi müddətcə alqışlanacaq. Bu gün rusiyayönlü, sabah qərbyönlü mövqedən danışmaq olmaz. Bu yolla bütün tərəfdaşlarınızı və müttəfiqlərinizi itirə bilərsiniz
Ermənistanın deputatı Armen Rüstəmyan
❗️19 yaşlı qardaşı tərəfindən qətlə yetirilən qız tələbə imiş.
❗️Oktyabrın 13-nə keçən gecə Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində 2003-cü il təvəllüdlü İlahə Kərimova qardaşı tərəfindən qətlə yetirilib.
▪️19 yaşlı qardaşı Həsən Kərimov tərəfindən boğularaq öldürülən İlahə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi imiş.
▪️O, kollecin Peşə təlimi şöbəsinin Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi ixtisası üzrə təhsil alırmış.
7 yaşlı qıza zorakılıq edən şəxs 18 illik həbs olundu
7 yaşlı Nəzrin Bədirxanovaya (şərti) qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan 21 yaşlı Gülağa Bayramovun (şərti) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Ittihama əsasən, Gülağa Bayramov uşağın ailəsinin daha əvvəldən tanıdığı şəxs olub. Belə ki, ailə etibar edərək evin açarının bir surətini ona əmanət edib, həmin şəxs isə ailə üzvləri işdə olan vaxt evə gələrək bu əməli törədib.
Ətraflı
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, G.Bayramov verilmiş ittihamla təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq əməlləri – 14 yaşına çatmayan şəxsə qarşı) maddəsi ilə ittiham olunub.
2025-ci ilin ortalarından başlayaraq Ağdam şəhərində və onun ətraf kəndlərində məskunlaşma prosesi həyata keçirilə bilər.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
"Ağdam şəhərində görüləcək işlərin miqyası çoxdur. Bu gün orada genişmiqyaslı tikinti işləri gedir. Artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə artıq işlərə başlanılıb. Bundan sonra daha 3 məhəllə hazırlanaraq, yaxın zamanda təməli qoyulacaq. Gələn ilin əvvəlində bütün bu tikinti işlərinə başlanılacaq. 2025-ci ilin ortasından başlayaraq biz Ağdam şəhərinə və onun ətraf kəndlərinə məskunlaşmanı həyata keçirə bilərik", - deyə E. Hüseynov bildirib.
Tiktokda canlı açan bir qrup hərbçi ordu sıralarından xaric edilib.
Onlar məxfilik qaydalarını və informasiya təhlükəsizliyi şərtlərini pozduqlarına görə barələrində belə qərar verilib.
Müdadiə Nazirliyi sosial şəbəkələrdən istifadə edən hərbçilərlə bağlı məlumat yaydı
Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi, eləcə də məxfilik qaydaları ilə bağlı mütəmadi olaraq şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, iltizamnamələrə imza atılaraq bununla bağlı öhdəçilik götürürlər.
Buna baxmayaraq bir neçə hərbi qulluqçunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilmişdir.
Bu hərbi qulluqçulardan bəziləri Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib, digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb.
Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir.
Əlavə olaraq qeyd edək ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib.
➡️SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
AAYDA: "Xətai rayonu, Cavanşir yolötürücüsündə aparılacaq texniki yoxlamalarla əlaqədar olaraq 19, 20 və 21 oktyabr 2023-cü il tarixlərində saat 23:00-dan saat 23:15-ə qədər (15 dəqiqə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq".
“Muğan Bank” ləğv edildi
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
❗️Bakının Binə qəsəbəsindəki 292 nömrəli məktəbin şagirdləri dərsə kütləvi şəkildə velosipedlə gedib-gəlir.
❗️Buna görə məktəbdə xüsusi velosiped meydançası da yaradılıb.
Gözəl görüntüdür. ♥️
ABŞ Türkiyə səfirliyini müvəqqəti bağlayır
Buna səbəb səfirlik önündə etirazların keçirilməsidir
Azərbaycanda 2028-ci ilə qədər orta aylıq əmək haqqının 1 153 manata yüksələcəyi proqnozlaşdırılır.
Bunu Maliyyə Nazirliyinin saytında dərc olunmuş 2024-2027-ci illər üzrə büdcə proqnozları sübut edir.
ABŞ Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda amerikalılara Livanda qalmalarını tövsiyə etmir.
Bu barədə ABŞ Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Dövlət Departamenti Livandakı ABŞ vətəndaşlarını kommersiya variantları hələ də mövcud olduğu halda, mümkün qədər tez tərk etməyi planlaşdırmağa təşviq edir. Biz tərk etməməyi seçən ABŞ vətəndaşlarını fövqəladə hallar planları hazırlamağa təşviq edirik”, - ABŞ XİN-dən bildirilib.
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Kayseri şəhərində keçirilən “Erciyes - 2023” təlimində iştirak edirlər.
Müdafiə Nazirliyindən (MN) Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının cəlb olunduğu təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilir.
“Erciyes - 2023” təlimində əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
İsrail Müdafiə Ordusu (SAXAL) Fələstinin HƏMAS radikal hərəkatının liderlərindən birini həbs edib
Məlumata görə, Şeyx Həsən Yusif İsrail hərbçiləri tərəfindən Beytuniyadakı evində saxlanılıb.
Bu günə olan məlumata görə, Qarabağdan köçən 3000-dən çox insan Ermənistanı tərk edib.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Mən bu mövzudan nəticə çıxarmaq istəmirəm, bəlkə də çoxları qohumlarının yanına gedirlər. Ümid edirəm ki, biz bu mesajı çox aydın şəkildə veririk və mən qardaş və bacılarımızı Ermənistanda qalmağı prioritet plan kimi qəbul etməyə çağırıram", - deyə Paşinyan qeyd edib.
İlham Əliyev: “Hər bir nailiyyətimizdə qadınların böyük zəhməti vardır”
Prezident İlham Əliyev Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli qurultay nümayəndələri!
Əziz xanımlar!
Sizi Azərbaycan qadınlarının VI qurultayının açılışı münasibətilə salamlayır, hamınıza cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Qurultayın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması dərin məna daşıyır.
Hər bir nailiyyətimizdə qadınların böyük zəhməti vardır. Fədakar analarımızın Vətən sevgisinin bariz nümunəsi dövlətimizin suverenliyi və ərazi bütövlüyünün bərpası naminə döyüş meydanındakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirən milli əqidəli gənc nəsildir.
DİQQƏT❗️PARKCİNEMADA
KİNOYA PULSUZ BİLET VAR 🎟
pulsuz bilet qazan
👇👇👇👇
/channel/+Df_j1ZxC3WZiODdi
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və xarici aviaşirkətlərə məxsus mülki hava gəmilərinin naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilib və bu barədə dəfələrlə beynəlxalq ictimaiyyətə məlumatlar verilib.
Читать полностью…Biabırçı video ilə gündəmə gələn Şəmsi Səmədzadə ölkəni tərk etdi
Azərbaycanda tanınmış iş adamı ölkəni tərk edib.
Manset az-ın əldə etdiyi məlumata görə, tanınmış iş adamı Şəmsi Səmədzadə bu dəqiqələrdə ölkəni tərk edib.
Qeyd edək ki, tanınmış iş adamı Şəmsi Səmədzadə bu günlərdə yayılan intim görüntüləri ilə müzakirələrə səbəb olmuşdu.
Avtobus sürücüsü piyadanı vurdu, mübahisə düşdü
Hadisə 3-cü mikrorayon ərazisində baş verib.
Hadisə şahidlərinin sözlərinə, piyada yüngül xəsarət alıb.